ƏÜO-da xalq-ordu birliyini özündə əks etdirən növbəti tədbir keçirilib

2019/11/15730-3146045460.jpg
Oxunub: 33185     10:50     06 Noyabr 2019    
Əlahiddə Ümumqoşun Orduda xalq-ordu birliyini özündə əks etdirən növbəti tədbir keçirilib.

Ordu.az xəbər verir ki, muxtar respublikanın Şərur rayonunun Sərxanlı kənd sakini Həsən Hüseynov tərəfindən hərbi hissəyə, ümumilikdə, 3 tondan artıq soğan təqdim edilib.

Tədbirdə dövlət qayğısından danışan hərbi hissənin zabiti Xəyyam Həsənov xalq-ordu birliyindən ruhlanaraq yüksək vətənpərvərlik hissi ilə xidmət etdiklərini qeyd edib.

Sonda gətirilmiş sovqat hərbi hissənin anbarına təhvil verilib.

Qeyd edək ki, muxtar respublikada kənd təsərrüfatı ilə məşğul olan sahibkarların hərbi hissələrə sovqat aparmaları artıq ənənə halını alıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ƏÜO  


Bizi "telegram"da izləyin