Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyində KTMT iclasının fasiləsi zamanı parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan bildirib.
O qeyd edib ki, Azərbaycanın büdcə ayırmaları Ermənistanınkından fərqlidir.
“Siz istəyirsiniz ki, mən bunun pis şey olduğunu deyim. Mən bunu deyəcəm, bu pis şeydir. Lakin siz unudursunuz ki, Azərbaycanın büdcə ayırmaları, onların silahlı qüvvələrinin quruluşu bir az fərqlidir. Nəticə etibarı ilə onlar ümumiyyətlə Ermənistan-Azərbaycan hərbi münaqişəsi çərçivəsinə daxil olmayan Qafqaz donanması saxlayırlar. Bu, böyük xərcləri nəzərdə tutur”,- deyə Köçəryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az