Əlahiddə Ümumqoşun Orduda praktiki məşğələlər keçirilib - VİDEO+FOTOLAR

2019/11/552dd-3145579606.jpg
Oxunub: 30720     11:48     03 Noyabr 2019    
Məktəblilərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi və hərbi xidmətə düzgün istiqamətləndirilməsi məqsədi ilə Sədərək və Şərur rayonlarında fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri praktiki məşğələlərə cəlb ediliblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun təlim mərkəzlərində keçirilən məşğələlər zamanı müxtəlif atıcı silahların, snayper tüfənglərinin, minaatan qurğularının, tank əleyhinə vasitələrin, əl qumbaralarının taktiki-texniki xüsusiyyətləri haqqında və eləcə də tibbi hazırlıqdan şagirdlərə ətraflı məlumat verilib.

Sonra məktəblilər avtomat və pulemyotlardan praktiki atışları yerinə yetiriblər.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əlahiddə-Ümumqoşun-Ordu  


Bizi "telegram"da izləyin