Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Ara Papyan bildirib.
Onun sözlərinə görə, əgər bu, həqiqətən də Ermənistana aid olan hərbi baza olsaydı, o zaman yanaşma fərqli olardı.
“Lakin biz dəfələrlə Rusiya tərəfindən eşitmişik ki, rus bazası Qarabağ məsələsi üzrə Ermənistan-Azərbaycan münaqişəsinə cəlb olunmayacaq. Bizim Türkiyə vəziyyətində də narahatlıqlarımız var ki, bu hərbi bazanın müdaxiləsi, belə deyək, üç gün gecikə bilər”, - deyə politoloq bildirib.
Papyanın sözlərinə görə, Rusiyanın Suriyada da hərbi bazası var, lakin Türkiyəyə qarşı münaqişəyə müdaxilə etməyib, əksinə Türkiyə ilə əməkdaşlıq edir.
“Bizim hansı zəmanətimiz var ki, eyni şey Ermənistanda təkrar olunmayacaq?”, - deyə o qeyd edib.
Erməni politoloq bildirib ki, istənilən hərbi baza təkcə təhlükəsizlik komponenti deyil, eyni zamanda başqa ölkələr üçün hədəfdir.
“Yəni, əgər Rusiya başqa bir ölkə ilə münaqişə etsə, Ermənistan Respublikasının ərazisi həmin ölkə üçün hədəf olacaq və biz daha həssas olacağıq. Mən hesab etmirəm ki, biz hər hansı münaqişəyə cəlb olunmaq üçün bu hərbi bazaya icazə verə və ya verməyə bilərik: ruslar bu hərbi bazaya tam nəzarət edirlər”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az