Qeyri-döyüş şəraitində ölən erməni hərbi qulluqçularla bağlı istintaqı aparılan cinayət işləri araşdırılmayıb

2018/02/ermeni_esgeri34534_1518437677.jpg
Oxunub: 15247     12:15     04 Noyabr 2019    
Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən hərbi qulluqçuların ölüm hadisəsi ilə bağlı istintaqı aparılan cinayət işləri Ermənistan İstintaq Komitəsində yaradılan İctimai Monitorinq İşçi Qrupunda araşdırılmayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu, oktyabrın 31-də Ermənistan parlamentinin insan hüquqlarının müdafiəsi və ictimai məsələlər üzrə daimi komissiyasında silahlı qüvvələrdə qeyri-döyüş əməliyyatları zamanı ölmüş hərbi qulluqçuların valideynləri tərəfindən qaldırılmış hüququn pozulması ilə bağlı gündəmlə iclas zamanı vaildeynlərdən öyrənilib.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi və ictimai təşkilatlar arasında qurulmuş iş qaydasına əsasən, qeyri-döyüş şəraitində ölən hərbi qulluqçuların ölüm hadisələri ilə bağlı istintaqı aparılan, icraatı qısaldılan və dayandırılan cinayət işləri bu qrupun araşdırma mövzusudur.

Ermənistan parlamentində öz narazılığını bildirən valideynlərin oğullarının ölüm hadisələri ilə bağlı açılmış cinayət işləri üzrə icraatın qısaldılmamasını və ya dayandırılmamasını nəzərə alaraq, hazırkı anda İctimai Monitorinq İşçi Qrupu tərəfindən araşdırma altında olan işlər ola bilməz.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm  


Bizi "telegram"da izləyin