Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan bildirib.
Onun sözlərinə görə, dünən kütləvi informasiya vasitələri “polkovnik-leytenant komadan çıxıb” yazaraq onu yanlış anlayıblar.
“Polkovnik-leytenant yüngül həyat əlamətləri göstərib, o, komadan tam çıxmayıb. Dünən məni bir az yanlış anladılar. Polkovnik-leytenant başını, gözlərini və dodaqlarını hərəkət etdirir. Vəziyyət bu cürdür. Həyat əlamətlərini göstərir”, - deyə Hovhannisyan bildirib.
Mxitaryanın atası Samvel Mxitaryan bildirib ki, axşam oğlunun yanından qayıdıb və hər hansı müsbət dəyişiklik haqqında xəbərsizdir.

Ermənistanın “Hüququn sərhədi” MMC-nin direktoru, ehtiyatda olan zabit Gevorq Hovhannisyan Ermənistan Müdafiə Nazirliyinin mətbuat sözçüsü Artsrun Hovhannisyanın açıqlamasına toxunarkən bildirib ki, Vayots Dzorda baş vermiş dava nəticəsində reanimasiya şöbəsinə düşmüş Ara Mxitaryanın sağlamlığında ciddi dəyişiklik yoxdur.
“Mən bunu Vayots Dzorun yeni təyin olunmuş vilayət rəhbəri Ararat Qriqoryanın adı ilə bağlayıram, çünki o, keçmiş vilayət rəhbəri Trdat Sarkisyanın köməkçisinin vəkilidir. İctimaiyyət arasında gərginliyi azaltmaq istəyirlər”, - deyə ehtiyatda olan zabit bildirib.
Alpər Mövludoğlu
Ordu.az