Ordu.az xəbər verir ki, bunu erməni vəkil Norayr Norikyan öz “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, Ermənistana təhsilli və intellektual ordu lazımdır.
“Fikrimcə, bu cür mənfi davranış ən azından həyəcan və orduya atılmış təhdid kimi qəbul edilməlidir. Qeyd edilən reallıq bəzən orduya qarşı birmənalı olmayan fikir formalaşdıraraq ictimai əhval-ruhiyyələrə də birbaşa təsir göstərir.
Bu problemi həll etmək üçün təhsil, tərbiyə, psixologiya, qoşunlarda döyülmə və zorakılıq, birisinin digərinə qarşı çox tez-tez baş verən təhqiri, söyüşü və alçaltması da daxil olmaqla köklü addımlar həyata keçirmək lazımdır. Bu baxımdan generaldan tutmuş sıravi əsgərə qədər, yuxarıdan aşağıya doğru hərbçilərin hüquqlarını mümkün qədər qorumaq daha vacibdir.
Fikrimcə, ən azından hər bir hərbçi üçün hazırda kifayət qədər problemli olan şikayət hüququ əlçatan olmalıdır. Bu problemi həll etmək üçün şablonlaşmış düşüncələrdən başqa, süni maneələr də var”, - deyə vəkil qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az