Erməni nazir: "Bu, son hərbi təlimlər zamanı qarşımıza qoyulub"

2019/11/bfb58-1572680070.jpg
Oxunub: 21828     11:43     02 Noyabr 2019    
“Xüsusi müzakirəyə ehtiyac yoxdur, çünki hərbi vəziyyət zamanı həm əhaliyə, həm də döyüş əməliyyatları iştirakçılarına xidmət edəcək xüsusi bir sistem fəaliyyət göstərməlidir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu noyabrın 1-də Ermənistan parlamentində jurnalistlərə açıqlaması zamanı Səhiyyə naziri Arsen Torosyan hərbi vəziyyət zamanı özəl xəstəxanaların nazirlik tərəfindən idarə olunması məsələsinə toxunarkən bildirib.

O qeyd edib ki, məsələ bu işlə məşğul olan təşkilatlarla müzakirə edilib.

“Bu problem hər zaman güc strukturları, xüsusilə də Müdafiə Nazirliyi tərəfindən son hərbi təlim zamanı qarşımıza qoyulub. Qanun lahiyəsi ilə Səhiyyə Nazirliyinə təqdim edilən vahid idarəetməyə ehtiyac var idi”, - deyə Torosyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xəstəxana   Müharibə   Ermənistan  


Bizi "telegram"da izləyin