Erməni polkovnik-leytenantın döyülməsi ilə bağlı ziddiyətli hallar var

2019/09/Ara-M-1569492919.jpg
Oxunub: 23580     14:20     31 Oktyabr 2019    
“Biz bir sıra şəxsləri sorğu-sual etdikdən sonra məlumatların yeni işin açılması üçün kifayət edib-etməməsini öyrənmək üçün işi prokurorluğa göndərdik”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin sədri Hayk Qriqoryan Vayots Dzorda polkovnik-leytenant Ara Mxitaryanın döyülməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, prokurorluğun açdığı işlə bağlı ziddiyətli hallar var.

“4 hərbi qulluqçu iddia edir ki, vilayət rəisi orada olub. Vilayət rəisinin binası qarşısında yerləşdirilmiş kamera da bizdədir. Videogörüntülərə əsasən, o, 22:30 radələrində binanın girişinə daxil olur, 00:30 radələrində isə oradan çıxır”, - deyə Qriqoryan bildirib.

Qriqoryan qeyd edib ki, iş üzrə istintaq başa çatmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Polkovnik   Döyülmə  


Bizi "telegram"da izləyin