Sarkisyan yaxın vaxtlarda Aprel döyüşlərinə görə dindirilməyə gətiriləcək

2017/10/serj-sargsyan-01103453453_1509180617.jpg
Oxunub: 26313     11:43     31 Oktyabr 2019    
Ermənistanda “Mənim Addımım” fraksiyasının son iclaslarından birində Andranik Köçəryandan ciddi narazılıqlar səslənib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu narazılıqlar əsasən Aprel döyüşlərini araşdıran parlament İstintaq Komissiyası haqqında olub.

Narazılıq səbəblərindən biri Baş nazirin müşaviri, Silahlı Qüvvələrin Baş Qərargah Kəşfiyyat İdarəsinin sabiq rəisi, general-mayor Arşak Karapetyanla bağlıdır. Məsələ burasındadır ki, komissiya onu dindirilməyə çağırıb və Köçəryan Karapetyana təhqiramiz suallar verib.

Məlumata görə, Karapetyan Paşinyana etiraz edərək bildirib ki, o, bu cür münasibətə layiq deyil və özününkülərlə bu cür davranmaq olmaz. Paşinyan da Makuntsa məsləhət verib ki, Köçəryanı “qaydasına salsın”.

Qeyd olunur ki, Andranik Köçəryan yaxın gələcəkdə Serj Sarkisyanın dindirilməyə gətiriləcəyinə söz verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Aprel-döyüşləri  


Bizi "telegram"da izləyin