Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qanun lahiyəsi ilə hərbi təlimlərdən yayınmaq və hərbi komissarlıq tərəfindən verilmiş bildirişdə qeyd edilən müddət ərzində əsaslı səbəb olmadan hərbi təlimlərdə, yaxud hərbi təlimlərin keçirilməsi yerində olmamaq inzibati xəta kimi təklif edilir.
İnzibati xətanın müəllifi 30 min dram dəyərində cəzalandırılacaq və əgər eyni hərəkəti bir ay ərzində ikinci dəfə təkrarlayarsa, cərimənin miqdarı 50 min dram olacaq.
Alpər Mövludoğlu
Ordu.az