Pentaqon İŞİD rəhbərinin zərərsizləşdirilməsi əməliyyatı ilə bağlı görüntülər yayımlayıb - VİDEO (FOTO)

2019/10/xisis-4717508922.jpg
Oxunub: 765     10:10     31 Oktyabr 2019    
ABŞ Müdafiə Nazirliyi İŞİD rəhbəri Əbu Bəkr əl-Bağdadinin yerləşdiyi məkana keçirilən gecə əməliyyatı ilə bağlı “Delta Force” briqadalarının əks olunduğu fotoşəkillər və video yayımlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, həmçinin əməliyyata rəhbərlik edən general Frank Makkenzi əməliyyatla bağlı detallı report təqdim edib.

Qeyd olunub ki, Bağdadi özünü öldürərkən iki 12 yaşınadək olan uşaq da həyatını itirib. Məlumata görə, 11 uşaq xəsarət almadan evdən çıxarılıb.

Makkenzi bildirib ki, Bağdadinin cəsədi 2004-cü ildən saxlanılan DNT-si ilə qarşılaşdırılaraq ölüm faktı dəqiqləşdirilib.

“Əməliyyat zamanı əhəmiyyətli sənədlər və elektron vəsaitlər ələ keçirilib. Bunlar terrorçu qrupun hədəfləri, planları haqqında məlumat toplamağımıza şərait yarada bilər”, - deyə o qeyd edib.

Makkenzi, eyni zamanda bildirib ki, Əl-Bağdadinin öldürülməsi İŞİD-in tamamilə məğlub edilməsi mənasına gəlmir, çünki onlar özlərinə yeni lider seçə və terror fəaliyyətlərinə davam edə bilərlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pentaqon   İŞİD   Bağdadi   Terror  

Pentaqon İŞİD rəhbərinin zərərsizləşdirilməsi əməliyyatı ilə bağlı görüntülər yayımlayıb - VİDEO (FOTO)

2019/10/xisis-4717508922.jpg
Oxunub: 766     10:10     31 Oktyabr 2019    