“Rəsmi şəxslərin fərziyyələr səviyyəsində hər hansı fikir bildirmək hüququ yoxdur”, - deyə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin sülhsevər proqramların koordinatoru Armine Sadikyan bildirib.
Sadikyan qeyd edib ki, ən vacib olan şey hərbi qulluqçunun yoxaçıxma səbəbinin tapılmasıdır.
“Hərbi qulluqçu hərbi hissəni tərk edibsə, bu, artıq problemdir. Burada bir vacib məqamı vurğulamaq istəyirəm. Hər şeydən əvvəl bu cəza siyasəti. Cənab Hovhannisyan fərqli şərh verib. O bildirib ki, hansı səviyyədə səs-küy qalxacağından, hansı şounun hazırlanmasından asılı olmayaraq hərbi hissəni üç gündən artıq tərk etmək nəticəsində hərbi qulluqçu cinayət məsuliyyətinə cəlb olunacaq. Yəni, burada qeyri-sağlam atmosfer və ya nizam-intizamla bağlı ola bilsin ki, problemlər var, əsas problemlər sadəcə görməzdən gəlinir”, - deyə o bildirib.
Sadikyanın sözlərinə görə, Artsrun Hovhannisyan rəsmi mövqelərdən çıxış etməlidir.
“Mən hesab edirəm ki, cənab Hovhannisyan rəsmi mövqelərdən çıxış etməlidir və əgər o, bənzər fikirlər səsləndirirsə, təbii ki, həm də bütün sistemin rəsmi fikrini ifadə edir. Konkret olaraq mən bir oxucu kimi Müdafiə Nazirliyinin mətbuat sözçüsünün hər hansı fikrini oxuyanda onu rəsmi baxış kimi qəbul edirəm”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az