Ermənistanın Müdafiə naziri Davit Tonoyan Bakıya gəlməyib və Şoyqunun səfəri də bununla bağlıdır.
Qeyd olunur ki, MDB-nin Bakı iclasında “Suriyada döyüş əməliyyatları zamanı kütləvi pilotsuz uçuş aparatlarının hücumunu dəf etmək cəhdi” kimi bəzi birgə əməliyyatlar müzakirə olundu. Bundan əlavə, 2020-ci il üçün MDB ölkələrinin hava hücumundan müdafiə sisteminin birgə tədbirlərini inkişaf etdirmək planlaşdırılır.
Bu məsələləri Tonoyanla da müzakirə etmək lazım idi. MDB-nin orta hava hücumundan müdafiə sistemi var, lakin Müdafiə nazirləri bir-birlərini salamlamırlar. Tonoyan Bakıya gəlmir, Zakir Həsənov isə bütün şəkillərdə Tonoyandan bir qədər uzaqda dayanır.
Sergey Şoyqu adətən ciddi problemləri həll etmək üçün Ermənistana gedirdi. O, 2016-cı il avqustun 16-da Aprel döyüşləri və “Sasna Tsrer” tərəfindən Polis Post-Patrul Alayının ələ keçirilməsində sonra Ermənistana gəlib. Şoyqu hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Bakıdan İrəvana gedib. Onun İrəvan səfərindən bir ay sonra Rusiyanın nəzarətində olan “İsgəndər”lər nümayiş etdirildi.
Alpər Mövludoğlu
Ordu.az