Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Artur Sakunts Gümrüdə yerləşən 102-ci hərbi bazanın hərbi potensialının təxminən iki dəfə artırması məsələsinə toxunarkən bildirib.
Onun sözlərinə görə, heç bir rus-erməni müqaviləsində rus bazasında nə qədər hərbi qulluqçunun ola biləcəyi qeyd edilməyib.

“Hərbi qulluqçuların sayının hara qədər çata biləcəyi anlaşılan deyil. Hərbi bazanın hərbi qulluqçularının sayı yerləşdikləri yerdə sayı 100 minə çata bilər? Hərbi bazanın genişləndirilməsi həmçinin əlavə ərazilərin təmin edilməsini nəzərdə tutur. Bu, kifayət qədər ciddi, narahatverici haldır”,- deyə hüquq müdafiəçisi bildirib.
O qeyd edib ki, hazırkı anda hərbi bazanın hərbi potensialının genişləndirilməsinin yeganə zərurətinin Rusiya Federasiyasının maraqlarından irəli gəlməsi anlaşılandır.
“Mən rus hərbi bazasının genişləndirilməsində Ermənistan Respublikası təhlükəsizliyinin hansısa marağından irəli gələn heç nə görmürəm. Hesab edirəm ki, hərbi bazanın gücləndirilməsinə yönəlmiş addım ilk növbədə bizə qarşı ünvanlanıb”, - deyə Sakunts bildirib.

Ermənistanın Avropa partiyasının sədri Tiqran Xzmalyan da 102-ci hərbi bazanın hərbi potensialnın təxminən iki dəfə artırılmasına mənfi münasibət bildirib.
“Hərbi potensialın iki dəfə artırılmasının nə demək olduğu anlaşılan deyil. Söhbət kəmiyyət, keyfiyyət potensialından gedir? Bu, nəyi nəzərdə tutur? Atom bombalarını gətirməyə hazırlaşırlar, yoxsa burada hərbi qulluqçuların sayını 70 min etmək istəyirlər? Hesab edirəm ki, seçdiyimiz Baş nazir, hökumət və parlament bu sualların cavabını verməlidir”, - deyə Xzmalyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az