Erməni hərbi qulluqçu hərbi hissəni niyə özbaşına tərk edib?

2019/05/465_1-1557231601.jpg
Oxunub: 415     15:13     31 Oktyabr 2019    
Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan Müdafiə Nazirliyinin Qafanda dislokasiya olunan hərbi hissəsini özbaşına tərk edən əsgər Q.Erik tapılıb.

Ermənistan Müdafiə Nazirliyi isə əsgərin tapılmasına qədər hadisəni ciddiyə almamaqla yanaşı, onunla bağlı tez-tez aqressiv bəyanatlarla çıxış etdi. Bir qədər əvvələ qayıdaq.

“Hansı səviyyədə hay-küy qaldırılmasından, nə şou olacağından asılı olmayaraq 3 gündən artıq hərbi hissəni tərk etmiş hərbi qulluqçu cinayət məsuliyyətinə cəlb ediləcək”, - deyə MN-in mətbuat katibi Artsrun Hovhanisyan “Facebook” səhifəsində yazırdı.

“Fasiləsiz olaraq, burada Kirovakanda, İrəvanda, yaşadığımız yerdə axtarış aparırlar amma heç bir nəticə yoxdur”, - deyə əsgərin anası Cemma bildirirdi.

Hadisəni işıqlandıran mətbuat orqanlarının ünvanına isə ləyaqətsiz, ədəbsiz sözlər yazılırdı.

“Ay sakitlər, əgər hərbi polis əməkdaşları, ayrıca İrəvandan, Vanadzordan ailə ilə daimi əlaqə saxlayır, iş aparır, axtarırsa, digər qurumlar həmçinin fəal iş aparırsa bu tamaşa kimə lazımdır?”, - deyə sosial şəbəkə istifadəçilərindən biri qeyd edib.
Faktiki olaraq, Ermənistan Müdafiə Nazirliyi hərbi hissədən əsgərin qaçmasına hərbi hissədəki mövcud qeyri qənaətbəxş mühitin olması və digər səbəbləri araşdırmaqdansa, əsgəri hədəf seçərək, onun geri qayıtmasına şərait yaratmırdı.

“Uşağım harda olduğu məlum deyil, onlar artıq cəzalandırılmasından, həbsindən danışırlar. Əlbəttə, oğlumu axtaran bu hərbçilərdən razıyam, amma elə yazsınlar ki, heç olmasa uşaq geri qayıda bilsin. Məsələ diqqətlə yanaşsınlar, cəzalandırılmayacağını desinlər. Yoxsa quru və kəskin bəyanatlarla səni həbs edəcəyik demək lazım deyil”, - deyə əsgərin anası bildirirdi.

Ermənistan Müdafiə Nazirliyi hərbi qulluqçunun aşkar edilməsindən sonra, ictimaiyyətə hadisəni daha alçaldıcı şəkildə təqdim etdi. Guya erməni əsgər “Facebook”da tanış olduğu oğlana qoşularaq fərarilik edib. Məhz bu açıqlama erməni ordusunun əsgərinə hansı şəkildə qiymət verdiyini təsdiqlədi.

Lakin əsgərin anası oğlunun hərbi hissədə təhlükə qarşısında qaldığı üçün hərbi hissəni tərk etdiyini düşünürdü.

“Artıq belə şeylər fikirləşməyə başlamışam. Bəlkə, oğlum bir təhlükə hiss edib və qoyub qaçıb. O, öz içinə salar, amma söyləməzdi, hesab edərdi ki, ona qarşı olacaq. O deyirdi ki, ana bura ordudur, kişiyəm xidmət etməliyəm, bərkiyərəm, hər şey mənə görədir”, - deyə o qeyd edib.

Amma bununla yanaşı Erikin anası oğlunun hərbi xidmətdən narazı olduğu hər hansı bir məqamın olduğunu xatırlamırdı.

Hərbi polis 7 gündür ki, hərbi qulluqçunu axtarır. Ana-bala Vandzorda taxta damxada yaşayıblar. Keçən il ailə başçısını itiriblər. Ailənin atası Rusiyada qəzaya düşüb və maşında yanıb. Son vaxtlar ana bala İrəvana köçüb salonlardan birində işə düzəlib, həmin ərazidə yaşamağa başlayıblar.

Hərbi qulluqçunun anası bildirir ki, Erikin əsəb xəstəliyi olub və bü görə 1.5 il möhlət verilib. İtən hərbi qulluqçu Erik daxma sakini olduğuna görə şəxsiyyət vərəqəsi də yox idi.

Anası hesab edir ki, oğlu gizləndiyi yerdən qorxudan çıxmayıb. Sosial şəbəkə vasitəsilə hansısa qızla tanş olmasından şübhələnib. Hətta həmin qızla İrəvanda görüşü də olub. Hərbi polislə bərabər əsgərin anası həmin qızın evinə də gediblər. Ancaq qız deyib ki, heç bir şey bilmir, bundan sonra daha onunla heç görüşmək də istəmir.

Hərbi qulluqçunun hərbi hissədə təzyiqlərə məruz qaldığı da istisna edilmir. Bəlkə də öz həyatını xilas etmək üçün hərbi hissəni tərk edib. Bu gün Ermənistan ordusunda baş verən cinayət əməllərini, hərbçilərin ölümü ilə bağlı səmərəsiz araşdırmaları nəzərə alsaq, bu ehtimal çoxlarına inandırıcı gəlir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Fərarilik  

Erməni hərbi qulluqçu hərbi hissəni niyə özbaşına tərk edib?

2019/05/465_1-1557231601.jpg
Oxunub: 416     15:13     31 Oktyabr 2019    