Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanda Aprel döyüşlərini araşdıran parlament İstintaq Komissiyası üzvü iclaslarda iştirak edən şəxslərin ifadələri barədə sualı cavablandırarkən bildirib.
O qeyd edib ki, komissiyanın sədri xüsusi hazırlanmış bir anketlə gəlir, o, dəvət olunmuş şəxsə verdiyi suallarını bitirir, qalanları da öz növbəsində suallar verir.
“Hücum əmri alanda silahınız yox idi? Həmin zaman aldığınızı yaxşı xatırlayırsınız, ərzaq necə idi? kimi suallar verilir.
Cəbhə xəttində olan 3 çavuşun hər üçü cavab verdi ki, silah da, ərzaq da normal olub. Lakin hazırlaşmadan gəldikləri düzgün deyil. Aydın cavablardan görünür ki, Müdafiə Nazirliyində lazımsız şeylər söyləməmək üçün onları hazırlayıblar”, - deyə o bildirib.
Komissiyanı üzvü qeyd edib ki, “İşıqlı Ermənistan “partiyasından olan Gevorq Qorqisyan əsasən “Mənim Addımım”dan olan şəxsləri dəstəkləyir, “Çiçəklənən Ermənistan” partiyasından olan Vardan Vardanyan isə əsasən neytraldır.
Alpər Mövludoğlu
Ordu.az