Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın hərbi polis rəisi Artur Bağdasaryan müddətli hərbi qulluqçunun bu sirli hekayəsi ilə bağlı detalları açıqlayıb.
Onun sözlərinə görə, əsgərin anası bildirib ki, oğlunun qəribə vərdişi olub. Əlinə pul düşən kimi bir neçə günlük yoxa çıxır.
Hərbi polis rəisinin sözlərinə görə, hərbi qulluqçu hərbi hissəni tərk edərkən üzərində pul olub, onun 20 min dramını qardaşı göndərib, 5 min dram da özündə olub. Oğlan İrəvanda tapılıb.
“Əsgər və dostu hal-hazırda hərbi polisdədir, o, dostunun evində qalıb. Dostunun sözlərinə görə, “Facebook” sosial şəbəkəsi ilə tanış olublar, görünür, dostu tək qalıb, dosta ehtiyacı olub, o da dostunun yanına gedib. Biri deyir dostu deyil, hər halda, iki oğlan bir-biri ilə qalıb”, - deyə hərbi polis rəisi bildirib.
Hərbi polis rəisinin sözlərinə görə, digər detalları tibb müayinə müəyyənləşdirəcək.
Alpər Mövludoğlu
Ordu.az