Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Penitensiar Müəssisəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nona Navikyan bildirib.
O qeyd edib ki, bu dərmanlar həm cəzaçəkmə müəssisəsinin məhkumlar xəstəxanasının mütəxəssisləri, həm Səhiyyə Nazirliyinin mütəxəssisləri, həm də Ədliyyə Nazirliyinin Penitensiar Tibb Mərkəzi mütəxəssislərinin diaqnozu əsasında müxtəlif illərdə təyin edilib.
“Hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Tibb Mərkəzi mütəxəssisinin nəzarəti altındadır”, - deyə Navikyan bildirib.
“27 Oktyabr” hadisəsinə görə ömürlük həbs olunmuş digər bir şəxs, Nairi Hunanyanın qardaşı Karen Hunanyana gəldikdə isə Navikyan bildirib ki, onun sağlamlıq problemləri yoxdur və vəziyyəti adekvatdır.
Alpər Mövludoğlu
Ordu.az