Düşmən oktyabrda atəşkəsi 664 dəfə pozub

2019/06/41223-1561787900.jpg
Oxunub: 13545     09:50     31 Oktyabr 2019    
Oktyabr ayında Ermənistan silahlı bölmələri atəşkəs rejimini 664 dəfə pozub.

Ordu.az-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, snayper tüfəngləri və 60 millimetrlik minaatanlardan da istifadə etməklə Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Tərtər, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri Ermənistan silahlı bölmələrinin atəşinə məruz qalıb.

Bütün cəbhə boyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altında olub.

Digər aylarıdan fərqli olaraq, düşmən ayın başlanğıcından etibarən mülki sakinləri hədəfə alan təxribatlar törətməyə başladı. Sər­həd döyüş məntə­qələrimiz Ermənis­tan Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən müxtəlif istiqa­mət­lərdən iri çaplı silah­lardan dəfələrlə intensiv şəkildə atəşə tutulmağa başladı.

DSX-nin Mətbuat Mərkəzi məlumat yayaraq bildiridi ki, oktyabrın 1-də, saat 22:00 radələrində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədindəki təmas xəttində Ermə­nistan Silahlı Qüv­vələrinin döyüş mövqelə­rindən ərazimizə doğru təx­ribat-diversiya qrup­larının hərəkəti döyüş mövqelərimizdə xid­mət aparan sərhəd naryadları tərəfindən aşkarlanıb və qar­şısı alınıb.

Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Si­lahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susduruldu və bir neçə gün sonra erməni diversiya qrupunun təxribata cəhd edərkən yaralanan müqaviləli hərbi qulluqçusu öldü.

Erməni hərbi qulluçunun sağ çiyin nahiyəsindən aldığı parçalanmış küt yara nəticəsində öldüyü bildirildi.

Ardından, növbəti gün düşmən Azərbaycan-Ermənistan dövlət sərhədində, təmas xəttində yerləşən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sər­həd döyüş mövqelərinə qarşı növbəti təxribata əl atdı.

Saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovatorumuz düşmən tərəfindən atəşə tutuldu. Nəticədə ekskovatorun sürücüsü mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu güllə yarası aldı.

Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyəsi təmin olunsa da, görülən bütün tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmadı.

Nəticədə, səhəri gün saat 18:20 radələrində, Ermənistan ordusunun müqaviləli erməni hərbi qulluqçusu Muşeğ Jirayr Abovyan Ermənistan-Azərbaycan sərhədində (Tavuş vilayəti istiqaməti) təxribat törətməyə cəhd edərkən məhv edildi.

Digər hərbi qulluqçu ilə yanaşı, bu hərbi qulluqçunun da ölümünü Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan təsdiqlədi.

Oktyabrın 4-də isə Ermənistanın Tavuş vilayətinin Koti kəndində təxribata cəhd edərkən yaralanmış müqaviləli erməni hərbi qulluqçu Yeğişe Çaxmaxyanın da yaralanması barədə növbəti məlumat dərc edildi.

Həmin gün, saat 17:00 radələrində Ermənistanın Noyemberyan rayonunun sərhəddə yerləşən Bağanis kəndinin sakini Alik Asatryan və Koğb kəndinin sakini Sasun Yerknapeşyanın yaralı vəziyyətdə tibb mərkəzinə köçürülməsi barədə məlumatlar yayıldı.

Məlumata görə, Alik Asatryan müqaviləli hərbi qulluqçu kimi bölgədə yerləşən hərbi hissələrdən birində qulluq edirdi.

Ayın sonlarında düşmən mülki sakinləri hədəf alan daha bir təxribata əl atdı. Oktyabrın 29-da axşam saatlarından başlamaqla Azərbaycan-Ermənistan dövlət sərhədin­də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qazax rayonunun bir neçə kəndi və sər­həd döyüş mövqelərimiz istiqamətində atəşkəs rejimini davamlı surətdə pozdu. Bütün hallarda düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susduruldu.

Ümumən bütün ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin bütün istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT" BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT" BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Oktyabr   Atəşkəs   Təxribat   Cəbhə  


Bizi "telegram"da izləyin