Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu günlərdə Ermənistandakı bəzi qərb ictimai təşkilatları və fondları Putinin səfər edəcəyi gün müxtəlif yerlərdə Putinin əleyhinə piket və mitinqlər təşkil etmək niyyətindədirlər.
Təşkilatlara rəhbərlik edən hazırda şəbəkə prinsipi ilə insanları toplamağa çalışan “Restart” təşkilatıdır.
Məlumata görə, bu işə “Restart” ilə yanaşı, bir sıra digər “sorosyönümlü” ictimai təşkilatlar da cəlb olunub. Bu təşkilatlar Paşinyan hökuməti və Ermənistan parlamentinin bəzi nümayəndləri, deputatları tərəfindən daxili qaydada dəstək alır.
Xatırladaq ki, bu gün qeyd edilən iclasda iştirak etmək məqsədilə Rusiya prezidenti Vladimir Putin cəmi bir neçə saatlıq Ermənistana səfər edəcək.
Alpər Mövludoğlu
Ordu.az