Şəhid pilotun oğlu atasının məzarı üstündə - FOTOLAR

2019/09/pilot-6278604192.jpg
Oxunub: 17760     10:10     28 Sentyabr 2019    
Hərbi Hava Qüvvələrinin mərhum pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qırx mərasimi keçirilir.

Ordu.az Azvision.az-a istinadən xəbər verir ki, pilotun yaxınları, ailə üzvləri, xidmət yoldaşları II Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər. Mərhumun azyaşlı oğlu atasının məzarı üstündə göz yaşlarına hakim ola bilməyib.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev həlak olub. 34 yaşında dünyasını dəyişən hərbi pilotun nəşi avqustun 21-də torpağa tapşırılıb.







Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rəşad-Atakişiyev   Pilot   Şəhid  


Bizi "telegram"da izləyin