Ermənistanın sabiq MTX rəisi: “Zaman gizli səs yazısı ilə bağlı suala da cavab verəcək”

2019/09/Arthu-1569582533.jpg
Oxunub: 10943     14:57     27 Sentyabr 2019    
“Sadəcə absurddur, belə bir şey yoxdur və belə bir şey ola da bilmzədi”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan MTX-nin sabiq direktoru Artur Vanetsyan anasının sabiq prezident Robert Köçəryanın oğlu Sedrak Köçəryanın telefon biznesində səhmdar olması ilə bağlı mətbuatda yayılan söz-söhbətlərə toxunarkən bildirib.

Vanetsyanın sözlərinə görə, anası belə bir nəşrləri yayan mətbuat nümayəndələrindən artıq təkzib tələb edib.

Ermənistan Dövlət Gəlirləri Komitəsinin sabiq rəhbəri Qaqik Xaçatryanla gizli razılaşmaya gəlməsi ilə əlaqədar mətbuatda yaılan xəbərlərə toxunaraq Vanetsyan bildirib ki, bu, sadəcə gülməlidir.

“Çünki Qaqik Xaçatryan bu gün həbsxanada oturub və cinayət işi açılıb. Paşinyan ABŞ-da jurnalistlərlə söhbəti zamanı “yeni” Ermənistanın ən böyük nailiyyəti kimi korrupsiya qarşı mübarizə aparıldığını bildirdi və əleyhinə cinayət işi açılmış, dövlətdən oğurladığı pulları geri qaytarmış (bəziləri hazırda həbsdədir) şəxsləri sadaladı. Mən MTX rəisi olanda bütün bu sadalanan insanlar həbs edilib və cinayət məxsuliyyətinə cəlb olunub”, - deyə o qeyd edib.

O bildirib ki, müsahibəsində “Düşünmədən hər hansı bir şeylər haqqında danışsam, nə olacaq?” deyərkən, dövlət sirrini nəzərdə tutmayıb, ümumilikdə deyib.

“Zaman gizli səs yazısı ilə bağlı suala da cavab verəcək. Hazırda danışa bilmərəm, çünki istintaq gedir. Lakin inanın, istintaq nəticələri açıqlananda görəcəksiniz ki, sizin professional dediyiniz MTX direktoru həqiqətən də çox yüksək professional olub və çox yüksək professional olaraq qalmağa davam edir”, - deyə Vanetsyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MTX   Vanetsyan  


Bizi "telegram"da izləyin