Hərb Tarixi Muzeyinin rəisi: "Rusiya ölkəmiz üçün əsas strateji tərəfdaşlardan biridir"

2019/09/0171e-1569568484.jpg
Oxunub: 710     11:13     27 Sentyabr 2019    
Azərbaycan Hərb Tarixi Muzeyində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi ilə birgə İkinci Dünya müharibəsinin başlanmasının 80 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik Andrey Aleksentsev, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin, Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, hərbi hissələrin, Silahlı Qüvvələrin Hərbi Akademiyasının, şəhər muzeylərinin və digər müəssisələrin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları öncə İkinci Dünya müharibəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, sonra Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə mərasim iştirakçılarını salamlayıb və Azərbaycanla Rusiya arasında əlaqələrin çoxəsrlik tarixi olduğunu, hər iki xalqı ümumbəşəri dəyərlərin birləşdirdiyini, vahid dövlətdə yaşayarkən xalqlarımızın xarici düşmənə qarşı birgə mübarizə apardığını söyləyib.

O bildirib ki, Rusiya Federasiyası hazırda ölkəmiz üçün əsas strateji tərəfdaşlardan biridir.

İkinci Dünya müharibəsinin dəhşətli nəticələri barədə söhbət açan muzey rəisi vurğulayıb ki, bizim ata və babalarımız alman faşizminə qarşı birlikdə vuruşublar və onların qəhrəmanlığı heç zaman unudulmayacaq.

Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov çıxışında İkinci Dünya müharibəsinin bəşəriyyətə gətirdiyi bəlalardan söhbət açıb, Sovet İttifaqının müharibədə böyük itkilər verdiyini, 30 milyon nəfərədək insanın həlak olduğu, Sovet xalqlarının faşizm üzərində qazanılan qələbəyə böyük töhfə verdiyini söyləyib. Bu gün bəzi ölkələrdə faşistlərin qəhrəman kimi təqdim edilməsi cəhdlərinin baş verdiyini bildirən səfir M.Boçarnikov bunun yolverilməz olduğunu vurğulayıb: "Böyük məmnuniyyət hissilə qeyd etmək istəyirəm ki, bu mübarizəni biz birlikdə aparırıq. Azərbaycan Rusiya Federasiyasının bu istiqamətdə təşəbbüslərini dəstəkləyir və beynəlxalq arenada, Birləşmiş Millətlər Təşkilatında faşizmin qəhrəmanlıq nümunəsi kimi təqdim edilməsinə qarşı bizimlə birlikdə səs verir. Yekunda onu demək istəyirəm ki, bir ildən artıqdır ki, Azərbaycan Respublikasında işləyirəm, faşizm üzərində qələbənin necə bayramsayağı, təntənəli surətdə qeyd edilməsinə heyran olmuşam. Həmin tədbirlərdə həm ölkə rəhbərliyi, həm Azərbaycan xalqı, həm də müharibə veteranları iştirak edirlər. Müharibə veteranlarına Azərbaycan Respublikasında böyük diqqət və qayğı göstərilir. Bizim bugünkü görüşümüz, inanıram ki, qələbəmizin, yaddaşımızın qorunmasına töhfə olacaq".

Faşist Almaniyası tərəfindən 80 il öncə başlanmış İkinci Dünya müharibəsində milyonlarla insanın həlak olduğunu bildirən tarix elmləri doktoru, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin professoru, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyev müharibənin siyasi-iqtisadi ziddiyyətlərin kəskinləşməsi səbəbindən yarandığını və bütün planet üçün faciəyə çevrildiyini vurğulayıb.

Tədbirdə İkinci Dünya müharibəsinin başlanmasına həsr olunmuş sənədli film nümayiş olundu, sonra H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

Tədbir Azərbaycan Hərb Tarixi Muzeyinin zallarına ekskursiya ilə yekunlaşıb. (AO)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: HHM   Dünya-müharibəsi  

Hərb Tarixi Muzeyinin rəisi: "Rusiya ölkəmiz üçün əsas strateji tərəfdaşlardan biridir"

2019/09/0171e-1569568484.jpg
Oxunub: 711     11:13     27 Sentyabr 2019    