Hərbi hissədə mədəni-kütləvi tədbir keçirilib - VİDEO

2019/09/5644d-1569516207.jpg
Oxunub: 6217     18:12     26 Sentyabr 2019    
Müdafiə nazirinin tapşırığına əsasən hərbi qulluqçuların hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, asudə vaxtının daha səmərəli təşkili məqsədilə səyyar təşviqat dəstəsi tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissədə daha bir mədəni-kütləvi tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin yaradıcı kollektivlərinin çıxışları böyük maraqla izlənilib.



Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ordu   Hərbi  


Bizi "telegram"da izləyin