Rusiya Prezidentinin mətbuat katibi Peskovun sözlərinə görə, bu, Putinin də qatılacağı “Valday” Klubu çərçivəsində baş tutacaq və İlham Əliyev klubdakı bir neçə qonaqlardan biri olacaq. Peskov qeyd edib ki, qonaq prezidentlərin hər biri ilə ikitərəfli görüş planlaşdırılıb.
Oktyabrın 1-də, Soçidə keçiriləcək 3 oktyabr görüşündən əvvəl Rusiya Prezidenti AİB-in sammitində, həmçinin İran prezidenti və Sinqapur Baş nazirinin də qatıldığı iqtisadi forumda iştirak etmək üçün Ermənistanda olacaq.
Erməni mediasına görə, Putin Ermənistanda bir neçə saat qalacaq. Əmin olmaq üçün hələlik rəsmi cədvəl yoxdur. Əlbəttə ki, Ermənistanda gecələməmək siyasi bir jestdir, diplomatik praktikada zərif ritual jestlərindən biridir. Putin yəqin Köçəryanın həbsxanada olduğu Ermənistanda gecələmək istəmir.
Alpər Mövludoğlu
Ordu.az