DSX-nin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, tədbir iştirakçıları təmas xəttində yaradılmış sərhəd döyüş məntəqələrində və döyüş mövqelərində sərhədçilərin xidməti-döyüş fəaliyyəti və məişət şəraitləri ilə yaxından tanış olub, Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə şəxsi heyətə təbriklərini çatdırıblar.
Sərhəd döyüş məntəqələrində görüşlər keçirildikdən sonra tədbir hərbi hissənin qarnizonunda davam etdirilib. Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət sərhədinin mühafizəsi üzrə qarşıya qoyduğu tapşırıqların icrasını təmin etmək məqsədilə şəxsi heyətin səfərbər olunmasını xüsusi ilə vurğulayıblar.
Əfqanıstan veteranları barədə arxiv sənədlər əsasında hazırlanmış "Cəbhədən-cəbhəyə" adlı sənədli film nümayiş etdirilib, xidmətdə fərqlənmiş hərbi qulluqçulara qiymətli hədiyyələr, fəxri fərmanlar təqdim olunub.
Tədbir Şəmistan Əlizamanlı, Şahin İsmayılovun və Akademik Milli Dram teatrının aktrisası Şəhla İsmayılovanın iştirak etdiyi konsert proqramı ilə başa çatıb.
Ordu.az