“Ölümsüz ömür yaşayır oğlum”

2019/08/633ed-3131736202.jpg
Oxunub: 598     16:31     15 Avqust 2019    
Respublikamız son illərdə böyük inkişaf yolu keçib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanda bütün sahələrdə böyük nailiyyətlər əldə olunub. Müharibə veteranlarının, şəhid ailələrinin, müharibədə sağlamlığını itirmiş insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər də göz önündədir. Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə diqqət və qayğının əsasını ulu öndər Heydər Əliyev qoyub. Bu gün həmin siyasət yeni mərhələdədir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Hər bir əlilin, şəhid ailəsinin qayğılarını dövlət öz üzərinə götürür və qısa müddətdə həll edir.

Bu günlərdə şəhid Həmidağa Nağıyevin ailə üzvlərini ziyarət etdik. Yol boyu düşünürəm: yurdumuza yaz gəlib. Həmidağa da fəsillərin ən füsunkarı, nazlısı olan yazda dünyaya gəlmişdi. Bəlkə də yazın havası ilk dəfə ciyərlərinə dolan anda Vətən sevgisi qəlbində məskən salıbmış. Bu sevgi elə bir əzəmətli qala ucaltmışdı ki... Sonralar da bu fəsildə Vətənimizin valehedici gözəlliklərinin şahidi olaraq, yaza vurulmuşdu. Yazda da şəhid oldu Həmidağa.

Həmidağa Nağıyev 1975-ci ildə Bilgəh qəsəbəsində anadan olub. 1983-cü ildə 142 nömrəli orta məktəbdə 8 illik təhsil alıb və Zabrat qəsəbəsindəki 71 nömrəli texniki peşə məktəbini bitirdikdən sonra 1993-cü ilin aprelində hərbi xidmətə yola düşüb. Döyüş yolu Qançanağı, Hacılı, Ağdam, Ağdərə, Başkənd və başqa cəbhə bölgələrindən keçib. 1995-ci il martın 4-də Tovuzun Əlibəyli kəndində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub, şəhid olub. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabiti mayor İlkin Qayıbov şəhidin anası Qənirə xanıma idarə rəisinin adından belə qəhrəman övlad tərbiyə etdiyi üçün təşəkkürünü çatdırdı. Bildirdi ki, şəhid ailələri daim Ali Baş Komandanın, Müdafiə Nazirliyinin rəhbərliyinin diqqətindədir. "Belə bir gündə sizinlə birlikdə olmaqdan könül xoşluğu yaşayırıq. Şəhidlər ölməyib, onlar hamımızın ürəyində yaşayırlar. Bu gün güclü ordumuz var. Tezliklə üçrəngli bayrağımız əzəli torpaqlarımızda dalğalanacaq. O gün uzaqda deyil".

Vətənə məhəbbət körpəlikdən, beşikdə ana laylalarından, nağıllardan başlayır. Qənirə ananın vətənpərvərlik hisslərinin çox yüksək olmasını hiss etdik. Ana qürurla dedi ki, Vətən sevgisi müqayisə olunmazdır. "Mən fəxr edirəm ki, oğlum Vətəni canından da çox sevərək, o sevginin zirvəsinə ucalanların sırasındadır. Həmidağa 14 güllə yarası alsa da, döyüşdən çıxmayıb. Balamı düşmən snayperi sinəsindən vurub."

Qənirə ana kövrəkliklə evi süzür, asta səslə: - Bu evi dövlət başçımız oğlum şəhid olduğuna görə verib. Bəzən mənə elə gəlir ki, oğlum sağdır. Burada yaşayır. Dəfələrlə əlimdə açar qapını açmaq yerinə zəngi basmışam. Və onun qapını açacağını gözləmişəm. Oğlumun yoxluğuna inana bilməmişəm, indi də inanmıram. Oğlum şəhid olub, şəhidlər isə ölmürlər. Ölümsüz ömür yaşayır oğlum.

Qənirə ana, sən hisslərində yanılmırsan. Analar yanılmazlar. Dünyanın o başında belə olsa, övladlarını hiss edərlər. Şəhidlər ölmürlər, Qənirə ana. Şəhidlər əbədiyaşardır. Onlar bizim ürəklərimizdə yaşayırlar...

Ana şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

Bilgəh qəsəbəsindəki Mədəniyyət evi və küçələrdən biri Həmidağanın adını daşıyır. Təhsil aldığı məktəbdə anım günləri keçirilir. Ailə üzvləri də bu tədbirlərə dəvət olunur.

Şəkil albomlarını vərəqləyərkən şəhidin qardaşı Yusif "Həmidağa kimi bir qardaşım olması ilə daim fəxr etmişəm" dedi. Həmidağaya xidmət etdiyi hərbi hissədən verilən, bu gün ən əziz əşya kimi saxladıqları xasiyyətnamədə yazılanlarla qürurlandığını bildirdi.

Həmidağanın döyüş yolunu onunla birlikdə keçən cib dəftərçəsindəki şeirlərə nəzər salıram: "Anama, bacıma olun siz dayaq" - Həmidağa duyumlu gənc olub. Şeirə, şeiriyyətə böyük maraq göstərib. Hərdən şeirlər də yazardı. Bu misra onundu. Mənə elə gəlir ki, bu şeiri dağlara xitabən yazıb Həmidağa...

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Şəhid  

“Ölümsüz ömür yaşayır oğlum”

2019/08/633ed-3131736202.jpg
Oxunub: 599     16:31     15 Avqust 2019    