Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, təqsirləndirilən rus hərbi qulluqçu Andrey Razqildeyevin Ermənistan cəzaçəkmə müəssisəsinə köçürülməsi məsələsinə toxunulmasını da müstəntiq əsassız hesab edib və qeyd edib ki, məsələ müxtəlif səviyyələrdə müzakirə edilib, aydınlaşdırıcı izahatlar verilib.
Qeyd edək ki, rus hərbi qulluqçu hərbi bazanın ərazisində həbs edilib. Onun saxlanılması Rusiya Fedrasiyası hüquq mühafizə orqanları ilə birgə əməkdaşlıqla həyata keçirilir, ilkin araşdırmanı isə erməni tərəfi həyata keçirib. Zərərçəkənin varislərinə məhkəmə iclaslarının harada keçiriləcəyi hələ də aydın deyil.
Xatırladaq ki, 2018-ci il dekabrın 2-də Gümrünun “Slabodka” məhəlləsində döyülmə nəticəsində 57 yaşlı Culiyetta Qukasyan xəstəxanada ölüb. Şübhəli isə 102-ci hərbi bazanın müqaviləli hərbi qulluqçusu Andrey Razgildeyevdir. Zərərçəkənin maraqlarını müdafiə edən Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin vəkillərinin vəsadəti rədd edilib. Yeni vəsadət təqdim edilənədək, zərərçəkənin maraqlarını müdafiə edən tərəf Razgeldeyevin Ermənistanın cəzaçəkmə müəssisəsinə köçürülməsinə dair Şirak vilayət məhkəməsi və Apelyasiya Məhkəməsinin qərarlarını Kassasiya məhkəməsinə şikayət edib.
Alpər Mövludoğlu
Ordu.az