Rusiya Silahlı Qüvvələrində xidmət edən şəxs Ermənistana buraxılmır – ABSURD SƏBƏB

2018/03/18_03_01_1519896198_151989947124_1520267710.jpg
Oxunub: 32872     14:55     23 İyul 2019    
“Ona görə ki, hər hansı bir şəxs ikili vətəndaşlığa malik ola bilər, lakin hər iki ölkənin ordusunda xidmət keçməyə borclu deyil və bu birbaşa absurddur”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Vanadzor şəhərində doğulan, lakin 2004-cü ildən etibarən Rusiya vətəndaşı olan, 1993-cü təvəllüdlü Rudolf Amirxanyan “Hraparak” nəşrinə şikayətlə müraicət edib.

Nəşrə görə, Ermənistan Rusiya Silahlı Qüvvələrində qeydiyyatdan keçən şəxsə hörmətlə yanaşmalıdır.

“Rudolf Amirxanyan uzun müddət xaricdə yaşayan və bu illər ərzində Ermənistana gəlməyən, gəlməyə cəhd etdikdə isə barəsində cinayət işinin açıldığı, axtarışda olduğu və qayıdaraq erməni ordusunda xidmət etməli olan çoxsaylı erməni gənclərindən biridir. Buna səbəb isə onun valideynlərinin Ermənistan vətəndaşı olması, bununla da özünün də avtomatik şəkildə Ermənistan vətəndaşına çevrilməsidir. Belə olan halda isə vətən qarşısında öz hərbi xidmət borcunu yerinə yetirməyə məcburdur.

Lakin məsələ burasındadır ki, Amirxanyan yalnız Rusiyada yaşamayıb, hətta artıq rus ordusunda hərbi xidmət keçib və o, hərbi biletə malik olmaqla Rusiya Silahlı Qüvvələrində qeydiyyatdan keçən bir şəxsdir. Rusiya hüquq mühafizə orqanları Ermənistan hüquq mühafizə orqanlarının Amirxanyan barədə axtarış elan olunması haqqında müraciətini alarkən, qəribə faktla rastlaşdıqlarına görə, Rusiyada ona qarşı axtarış aparılmasını rədd ediblər. Ona görə ki, hər hansı bir şəxs ikili vətəndaşlığa malik ola bilər, lakin hər iki ölkənin ordusunda xidmət keçməyə borclu deyil və bu birbaşa absurddur.

Qeyd olunur ki, müxtəlif illərdə Ermənistan hüquq mühafizə orqanlarına və dövlət qurumlarına edilən müraciət cavabsız qalıb və erməni gənc öz qohumları ilə görüşmə imkanından əsassız olaraq məhrum edilib. Aparılan araşdırma nəticəsində bu cür gənclərin həddindən artıq çox olduğu məlum olub. Onlara qarşı axtarış elan olunub və cinayət ittihamı irəli sürülüb”, - deyə nəşr bildirib.

“Hraparak” qəzetinə verdiyi müsahibəsində Amirxanyanın işi üzrə məşğul olan Ermənistanın İstintaq Komitəsinin hərbi istintaq Baş idarəsinin 7-ci qarnizon istintaq şöbəsinin Baş müstəntiqi Babayan vurğulayıb ki, əgər indiki məqamda valideynləri Ermənistan vətəndaşlarıdırsa, bu halda o da avtomatik Ermənistan vətəndaşı hesab olunur.

“Buna görə də hərbi xidmətə tabe tutulur. Əgər başqa ölkədə xidmət edib, bura gəlir və sonradan vətəndaş olurlarsa, o halda xidmət etməyə bilərlər. Lakin buna qədər vətəndaşlıq əldə ediblərsə, xidmət etməlidirlər. Hansı ölkənin vətəndaşı olması və ya harada xidmət etməsindən asılı olmayaraq, yerinə yetirilməli öhdəlik var və yerinə yetirilməlidir”, - deyə o qeyd edib.

Nəşr bildirir ki, əgər indiki məqamda qanunda boşluq və AİƏT qurumuna üzv olan ölkələrin vətəndaşlarının hərbi xidmət məsələsi nizamlanmayıbsa, bu məsələ dərhal dəqiqləşdirilməlidir.

“Vətəndaş 4 il müxtəlif ölkələrin Silahlı Qüvvələrində hərbi xidmət keçə bilməz. Bu mənasızdır və insan haqlarının tapdalanması, Avrasiya Birliyinin məntiqinə ziddir”, - deyə qəzet diqqətə çatdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-Rusiya   Hərbi-xidmət  


Bizi "telegram"da izləyin