Niyə Ermənistan güc strukturlarından generallar uzaqlaşdırılır? – QISA BAXIŞ

2019/06/image-1561365772.jpg
Oxunub: 1463     17:39     24 İyun 2019    
İşğal altında olan Qarabağda Ermənistanın ikinci prezidenti Serj Sarkisyanın döyüş yoldaşları olan generallarla çəkdirdiyi məlum şəkil, müxtəlif ictimai dairələrdə kifayət qədər səs-küyə səbəb olub.

Nəticədə sözügedən şəkillərlə bağlı müxtəlif şərhlər səsləndirilib. Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvələrin daxilində isə bu şəkil ideologiya həmfikirliyi olan generalitetin xüsusi şəkli kimi dəyərləndirilib.

Xüsusilə, ideologiya həmfikirliyi kəlməsi istifadə edilib və bu təsadüfən baş verməyib. Fəaliyyətdə olan hakimiyyət Paşinyanın rəhbərliyi altında bir neçə dəfə yüksək vəzifəli hərbçilərə qarşı öz mənfi münasibətini nümayiş etdirib. Qarabağda çəkilən sözügedən şəkil generallara qarşı mənfi münasibəti daha da dərinləşdirib.

Çünki Paşinyan hesab edir ki, generalitet yalnız onların ətrafında cəmləşməlidir. Fəaliyyət sahəsindən asılı olmayaraq, köhnə hakimiyyətin yanında peyda olan generallar inqilabçı hakimiyyətin hədəfinə çevrilir. Generallara qarşı Paşinyan hökumətinin münasibəti Talin şəhərində keçirilən Vətəndaş Müqaviləsi Partiyasının seçkiqabağı təbliğatında özünü büruzə verdi.

Xatırladaq ki, Talin şəhərində keçirilən mitinq zamanı Sasun Mikayelyan öz çıxışında qeyd edib ki, indiki məqamda əldə ediləcək qələbən Qarabağ döyüşlərində əldə edilmiş “qələbə”dən daha əhəmiyyətlidir. Mikayelyan bu çıxışı ilə 2018-ci ildə Paşinyanın rəhbərliyi altında baş verən inqilabın qələbəsini nəzərdə tuturdu.

Mikayelyanın bu bəyanatı yüksək vəzifəli hərbçilər tərəfindən ciddi tənqid edildi. İctimaiyyətin müxtəlif təbəqələri və işğal altında olan Qarabağdakı erməni hərbçilər Mikayelyanın bu çıxışı kəskin şəkildə tənqid etdilər.

Nəticədə Paşinyan baş verənlərə “Facebook”da birbaşa canlı yayımla münasibət bildirməyə məcbur oldu: “Uzun müddət ordunun talan edilməsində iştirak edənlər və əsgər payı yeyənlərin indi qalxıb hər hansı bir səhv ifadəyə görə, xal toplamağa çalışması başa düşülən deyil. Hər kəs yerində otursun və bizi onlarla bağlı açıq mövzuda danışmağa məcbur etməsinlər. 20 ildir ordunu talan edirlər. Heç bir şey baş vermədi, lakin indi bir səhv ifadəyə görə, ruhlanmağa çalışırlar”.

Xankəndindən səsləndirilən kəskin reaksiyalar və bunun ardınca qondarma qurumun “rəhbəri”nin Paşinyanla görüşündən sonra səs-küylü istefalar baş verdi. Qarabağdakı qanunsuz “hərbi birləşmə komandiri”nin azad edilməsi, bununla yanaşı “milli təhlükəsizlik xidmətinin rəisi”nin istefası, onun ardınca “hərbi birləşmə komandirinin müavini”nin istefa verməsi və nəhayət “təhlükəsizlik şurasının katibi”nin vəzifəsindən uzaqlaşdırılması baş verdi. Təbii ki, bütün bunlar bir-birilə qarşılıqlı əlaqəli, zəncirvari proseslər idi.

Yerli ekspertlərə görə, Ermənistan hakimiyyəti tərəfindən ardıcıl olaraq proqlamlaşdırılmış şəkildə, erməni ordusunun təcrübəli yüksək vəzifəli heyəti yox edilir, ordunun zabit heyəti ləkələnir.

Faktiki olaraq, güc strukturlarında bu simalar qərar qəbuletmə roluna malik deyillər. Belə çıxır ki, inqilabçılar qəhrəmanlıq simasına qarşı erməni ictimaiyyəti arasında formalaşmış anlayışı darmadağın etmək niyyətindədirlər. Onlar qəhrəmandan əks qəhrəman əldə etmək, eyni zamanda yüksək vəzifəli hərbçilərin təcrübəsindən imtina etmək niyyətindədir.

Deyilənlərin sübutu yalnız Qarabağda həyata keçirilən istefalar deyil. İnqilabçılar, həmçinin Ermənistanın güc strukturlarını da generallardan təmizləmək niyyətindədir. Bənzər fəaliyyətlər Ermənistan polis sistemində də həyata keçirilib. İnqilab keçid dövründə polis orqanlarından 6 general azad edilib. İndi polis orqanı sistemində qalan yeganə general, polis akademiyasının rəhbəri Muşeğ Babayandır. Hətta polis rəisi Valeri Osipyanın ali rütbəsi yoxdur. Maraqlıdır ki, general-leytenant Vladimir Qasparyanı əvəz etməyə gələn Valeri Osipyan sadəcə polis polkovnikidir.

Qeyd edək ki, Ermənistanda baş verən inqilabdan sonra bugünədək Osipyana general rütbəsi təqdim edilməyib. Keçmiş hakimiyyət nümayəndələrindən Paşinyanın etimadını qazanan ilk şəxs olsa da, onun ali rütbəyə təqdim edilməməsinin səbəbi məlum deyil. Osipyanın polis rəisi vəzifəsinə təyin olunmasından sonra atdığı ilk addım isə sistemdəki 6 generaldan birdəfəlik azad olması olub.

Belə ki, o, Ermənistan Dövlət Mühafizəsi Baş İdarəsinin rəisi general-leytenant Aram Zakaryanı polisin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin rəisi Rafik Zakaryanı, polis rəisinin müavini general-leytenant Hunan Poğosyanı, polis rəisinin müavini general-mayor Samvel Hovhannisyanı, polis rəisinin müavini general-leytenant Vardan Yegiazaryanı işdən azad edib.

O, polis rəisinin müavini general-mayor Anubağ Hambaryanı vəzifəsindən azad etməklə yanaşı, onu polis sistemindən də azad edib.

Eyni vəziyyət digər güc strukturlarında da baş verib. Ermənistan Milli Təhlükəsizlik Xidmətində bu dövrdə aparılan dəyişikliklər nəticəsində, sistemdəki 3 generaldan biri - Arzuman Harutyunyan vəzifəsindən azad edilib.

Ermənistan Fövqaladə Hallar Nazirliyinə gəldikdə isə, bu xidmətdə 2 generalın qaldığı qeyd edilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   SQ   Paşinyan  

Niyə Ermənistan güc strukturlarından generallar uzaqlaşdırılır? – QISA BAXIŞ

2019/06/image-1561365772.jpg
Oxunub: 1464     17:39     24 İyun 2019    