“Bu il TRIPP layihəsi üzrə tikinti işlərinə başlamaq istəyirik” - Paşinyan

2026/06/1782386285.jpg
Oxunub: 196     15:11     25 İyun 2026    
“Texniki problemlər yaranmasa, bu il artıq birbaşa ərazidə tikinti işlərinə başlamağı planlaşdırırıq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 25-də keçirilən brifinq zamanı TRIPP (Zəngəzur dəhlizi-red.) iri infrastruktur layihəsinin icrası ilə bağlı danışarkən deyib.

O bildirib ki, hazırda layihə üzrə fəal və dərin iş prosesi davam edir, müvafiq qruplar birbaşa ərazilərdə mühəndis araşdırmaları aparırlar.

“Proses irəliləyir. İşçi qruplar mümkün kommunikasiya xətlərini, nəqliyyat qovşaqlarını və elektrik ötürmə xətlərini yerində araşdırırlar. Hazırda demək olar ki, hər həftə, hətta hər gün bu və ya digər mühəndis, konstruksiya, layihələndirmə, maliyyə və logistika məsələləri müzakirə olunur”, - deyə baş nazir bildirib.

Paşinyan xüsusilə vurğulayıb ki, bu mərhələdə strateji logistika dəhlizinin həyata keçirilməsi dövlət səviyyəsində heç bir maneə ilə üzləşmir.

“Siyasi və maliyyə baxımından heç bir əngəl yoxdur. Lakin sırf texniki və təşkilati xarakterli müəyyən məsələlər ortaya çıxa bilər”, - deyə Paşinyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin