Koreya Respublikasının Prezidenti Mun Ce-in iyunun 28-29-da Osakada keçiriləcək "Böyük iyirmilər" qrupunun ("G20") növbəti zirvə görüşü çərçivəsində Çinin və Rusiyanın dövlət başçıları Si Cinpin və Vladimir Putin ilə ikitərəfli görüşlər keçirəcək.
Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərə Koreya Respublikası Prezidentinin mətbuat katibi Ko Min-cunq açıqlama verib.
O, Cənubi Koreya liderinin Osaka sammitində və sammit çərçivəsində keçirəcəyi görüşlərdə diqqəti Koreya Xalq Demokratik Respublikası ilə sülh danışıqları üçün beynəlxalq əməkdaşlığın vacibliyinə yönəldəcək.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
G-20
KXDR