Qazaxıstan nümayəndə heyəti “Sarbaz” sərhəd gözətçi gəmisi ilə Azərbaycana dostluq səfəri edib - FOTOLAR

2019/06/photo-3122216530.jpg
Oxunub: 5491     13:10     21 İyun 2019    
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Qazaxıstan Res­publikası Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti arasında 2019-cu il üçün təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq nəzərdə tutulmuş əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Ordu.az-a verilən məlumata görə, birgə əməkdaşlıq çərçivəsində cari ilin 19-21 iyun tarixlərində Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidmətinin Regional Sahil Mühafizəsinin İdarə rəisi polkovnik Alibek Kayupovun rəhbərlik etdiyi nümayəndə heyəti “Sarbaz” sərhəd gözətçi gəmisi ilə Azərbaycan Respublikasına dostluq səfəri edib.


Səfər zamanı tərəflər arasında ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edil­məsi, birgə əməliyyat-profilaktik tədbirlərinin keçirilməsi, bioloji resursların qorunması, qanunsuz fəaliyyətlərə qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Səfər müddətində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan və Qazaxıstan Sahil Mühafizələrinin əməkdaşları arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib, qarşılıqlı olaraq tərəflərin sərhəd gözətçi gəmilərinə ziyarət edilib.


Qonaqlar mədəni tədbirlər çərçivəsində Bakı şəhərinin mədəni-tarixi abidələri, “İçərişəhər”, “Qız Qalası”, “Atəşgah” və “ Qala” muzeyləri ilə tanış olublar.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Qazaxıstan  


Bizi "telegram"da izləyin