Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bugünkü iclasda iş üzrə zərərçəkən Arman Mkrtumyanın işinə baxılıb.

Mkrtumyan bildirib ki, əslində ona qarşı külli miqdarda pul mənimsəməsi baş verib və o, bu barədə hüquq mühafizə orqanlarına məlumat verib.
"Barseğ Beklaryan məni pul mənimsəməkdə şübhəli bilərək təhdid edib. Evimi əlimdən almaqla hədələyirdi. Vurulan zərərin ödənilmədiyi halda bizi diri-diri basdıracağı ilə təhdid edirdi", - deyə o qalmaqallı açıqlama verib.
Onun sözlərinə görə, cərrahiyə əməliyyatı keçirdikdən sonra Beklaryan onu işə çağırıb və orada ona qarşı güclü təzyiqlərə başlanılıb. Zərərçəkən daha bir qalmaqallı bəyanat verib.
O qeyd edib ki, maddi vəsaiti "Fleş" MMC-nin hesabına köçürüb. Vurulan zərərlə heç bir əlaqəsi olmasa da, dəyən ziyanın ödənilməsi məqsədi ilə bankdan 20.000 dollar kredit götürüb. Mkrtumyan bildirir ki, aprel döyüşlərindən sonra, ayın 6-da Beklaryanla birlikdə onun iş otağında olublar və o vaxt ona Ohanyan zəng edib. Bundan sonra Beklaryan onlara bildirib ki, ordunun hesabına 28.000 dollar vəsait köçürülməlidir və sonradan bu vəsaitin Mkrtumyanın hesabına ödəniləcəyi məlum olub.
Xatırladaq ki, "Fleş" MMC-nin sədri Barseğ Beqlaryan və "Fleş" MMC-nin Kanaker bazasının rəisi Hrayr Hovsepyan zorakılıq tətbiq etməklə təhdidlərə yol verməkdə ittiham edilir. Hrayr Hovsepyana qarşı yaşayış yerini tərk etməmə haqqında tədbir görülüb, seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.
Alpər Mövludoğlu
Ordu.az