Ermənistan ordusunda yezidi icmaya qarşı münasibət narahatedicidir

2019/06/45654-1561032403.jpg
Oxunub: 14329     16:41     20 İyun 2019    
Dünən Ermənistan parlamentində “Mənim addımım” fraksiyasının deputatı Rüstəm Bakoyan Ermənistan Müdafiə naziri Davit Tonoyanın çıxışı zamanı orduda yezidi hərbi qulluqçuların sıxışdırılması məsələsini qaldırıb.

Ordu.az xəbər verir ki, “Armlur.am” saytı sözügedən deputatdan müsahibə alıb.

Erməni deputatın müsahibəsindən bəzi məqamları təqdim edirik.

Bakoyan, erməni ordusunun yezidi milliyətindən olan hərbi qulluqçularının xaç daşıması barədə məlumatı orduda xidmət edən həmin hərbi qulluqçulardan aldığını bildirib.

O qeyd edib ki, bu cür fakt bir neçə hərbi hissədə baş verib. Nəticədə bunun davamlı xarakter almaması üçün nazirə müraciət edib.

"Həm Qarabağda, həm də Ermənistanda dislokasiya olunan 2 hərbi hissədə bu cür faktın qeydə alındığını bildirdim. Həqiqətən də Ermənistan ordusunda yezidi icmaya qarşı münasibət narahatedicidir", - deyə erməni deputat vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Yezidilər   Zorakılıq  


Bizi "telegram"da izləyin