Pakistanın HHQ Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub - FOTO

2019/06/4d557-1561031871.jpg
Oxunub: 3200     15:48     20 İyun 2019    
Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələrinin Hərbi Akademiyasının qərargah kursunda təhsil alan Pakistan, Cənubi Afrika Respublikası, Oman və Çin Xalq Respublikası HHQ-nin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdə olub.


Tanışlıq səfəri çərçivəsində briqada generalı Məhəmməd Camal Ərşadın başçılıq etdiyi heyət Azərbaycan Hərbi Hava Qüvvələrinin bazası və Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib, eləcə də aidiyyəti dövlət qurumları və təhsil müəssisələrində görüşlər keçiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Azərbaycan-Pakistan  


Bizi "telegram"da izləyin