Azərbaycan KTMT-nin informasiya təhlükəsizliyi sisteminə daxil ola bilərmi? - Ermənistanda gərgin müzakirə

2019/06/16270-1561031135.jpg
Oxunub: 26197     15:43     20 İyun 2019    
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan parlamentin müzakirəsinə KTMT tərkibində informasiya təhlükəsizliyi sisteminin yaradılması haqqında razılaşmanın təsdiqlənməsi məsələsini təqdim edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, parlamentdə müzakirələrin istiqaməti dəyişib və deputatlar tərəfindən Artur Vanetsyana suallar ünvanlanıb.

Verilən suallarda KTMT-yə üzv ölkələrdən hər hansı biri tərəfindən bu sistemdəki məlumatların Azərbaycana ötürülə bilməsi iddiasına toxunulub.

"Çiçəklənən Ermənistan" partiyasının deputatı Mikayel Melkonyan xatırladıb ki, KTMT-nin bəzi dövlətləri, həmçinin digər təşkilatlara üzvdürlər.

Erməni deputatın, "Onlar KTMT sistemində olan məlumatları digər dövlətlərə məsələn, Azərbaycan ötürə bilərmi?" sualına Vanetsyan bu şəkildə cavab verib: "Belə bir icazə yoxdur, lakin “sakit ötürmələr” olmasın deyə bu istiqamətdə də iş aparacağıq".

“Mənim addımım” fraksiyasının deputatı Tatevik Hayrapetyan da bəzi ölkələr tərəfindən bu sistemin daxili informasiyasının Azərbaycana ötürülməsi iddiası haqqında danışıb. Vanetsyan isə bildirib ki, bu sistem KTMT adından fəaliyyət göstərəcək və Ermənistanın bənzər sisteminə inteqrasiya edilməyəcək.

"Yəni əgər informasiya ötürülərsə, bu informasiya Ermənistanın xüsusi informasiyası yox, KTMT-nin ümumi informayasından ibarət olacaq", - deyə o bildirib.

"Çiçəklənən Ermənistan" partiyasının deputatı Arman Abovyana da sual ünvanlayarkən Vanetsyan qeyd edib ki, hansı məlumatın ikinci və ya üçüncü tərəfə ötürülüb ötürülməyəcəyinə Ermənistan tərəfi qərar verəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT   Azərbaycan  


Bizi "telegram"da izləyin