Bakıda Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın iclası keçirilib

2019/06/36aaf-1561016937.jpg
Oxunub: 21597     11:45     20 İyun 2019    
Dövlət Sərhəd Xəttinin meşə hissəsində, körpü və sərhəd-buraxılış məntəqələrində müvafiq demarkasiya işləri aparılacaq.

Ordu.az xəbər verir ki, iclas Azərbaycan Xarici İşlər Nazirliyində baş tutub.

Görüş əsasında tərəflər dövlət sərhəd xəttinin yüksək dağlıq ərazilərdəki hissəsində sərhəd nişanları ilə işarələnməsi üzrə iş planı qəbul ediblər.

İclasın nəticələrini əks etdirən protokola uyğun olaraq, Birgə Komissiyanın işçi qrupu tərəfindən bu ilin iyul-oktyabr aylarında yüksək dağlıq ərazilərdə sərhəd nişanlarının yerləri müəyyən ediləcək və həmin nişanlar quraşdırılacaq, eləcə də Dövlət Sərhəd Xəttinin meşə hissəsində, körpü və sərhəd-buraxılış məntəqələrində müvafiq demarkasiya işləri aparılacaq.

Birgə Komissiyanın növbəti iclasının Rusiyada keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, öncəki iclas yazda keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   XİN  


Bizi "telegram"da izləyin