Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərin sualını cavablandıran nazir qeyd edib ki, burada söhbət Gəncə yaxınlığında yerləşən Seyfəli poliqonundan gedir.
"Seyfəli" sovet dövründən qalan bir poliqondur. Bu poliqonda 70 ildir təlimlər keçirilir və heç vaxt belə bir hadisə baş verməyib. Tanklar təlim mərmisindən istifadə ediblər. Maketlər dağlar tərəfdə olub, mərmi qayaya dəyib və sapma baş verib. Hadisədən xəbər tutan kimi göstəriş verdim və təlim dayandırıldı. Seyfəli təlim poliqonunda tanklardan istifadə yenidən nəzərdən keçiriləcək və vətəndaşa dəymiş ziyan Azərbaycan Ordusunun hesabına ödəniləcək".
Ordu.az