Ordu.az xəbər verir ki, Zakir Həsənov keçirdiyi mətbuat konfransında bildirib ki, bu bəyanat ucuz siyasi xal toplamaq üçündür.
"Onların orduları çox zəifdir və çalışırlar ki, bu cür yollarla ucuz siyasi xal toplasınlar. Mən onun səviyyəsinə düşmək istəmirəm, o yalan danışır, özünü nümayiş etdirir. Son hadisələr zamanı biz ermənilərə layiqli cavab vermişik. Bir müddət ötdükdən sonra onlar itkilərini açıqlayacaqlar", - deyə nazir qeyd edib.
Nazir əlavə edib ki, Azərbaycan Dağlıq Qarabağ münqaqişəsini sülh yolu ilə həll etməyə çalışır: "Ancaq bu, olmasa, biz digər yola əl atacağıq. Biz 2016-cı ildə 3 gün ərzində bunu sübut etdik, indi deyirik ki, gedin məsələni həll edin, əks tədqirdə torpaqlarımızı digər yolla azad edəcəyik".
Ordu.az