Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, “Respublikaçılar” partiyası buna etiraz etsə də, Sarkisyan ABŞ-a gedib.
“Respublikaçılar” partiyasının mənbələrinin verdiyi məlumata görə, Vigen Sarkisyan gedərkən Serj Sarkisyana vəd verib ki, əgər aktiv siyasi proses başlasa və onun vacibliyi hiss olunsa, o, ABŞ-dan geri qayıtmağa hazırdır.
“Doğrudur, ona sakit şəkildə təlimini davam etdirmək tapşırılıb. Çünki “Respublikaçılar” partiyasının bu bir ildə dönüş nöqtəsi yaratması və “at üzərinə” qalxması çətin ki, mümkün olsun”, - deyə erməni KİV-ləri yazır.
Alpər Mövludoğlu
Ordu.az