Balasanyanı istefa verməyə məcbur ediblər - Paşinyan ultimatum təqdim edib

2019/06/7b610-1560238627.jpg
Oxunub: 557     15:31     14 İyun 2019    
Xəbər verdiyimiz kimi, Ermənistan və qondarma qurum arasında münasibətlər gərgin olaraq qalmaqda davam edir.

Məlumata görə, Ermənistan Baş naziri Nikol Paşinyan qondarma qurum “rəhbərliyi”nə güvənmir və hətta bir neçə həftə bundan öncə onları xəyanətkar müharibənin təşviq edilməsində ittiham edib.

Bu gün isə erməni KİV-lərindən biri qeyd edib ki, qondarma qurumun “rəhbəri” Vitali Balasanyanı öz yanına çağırıb və ona istefa ərizəsini yazmağı təklif edib. O, bu təklifi əsaslandıraraq qeyd edib ki, bu, Ermənistan hakimiyyəti tərəfindən irəli sürülmüş tələbdir.

Qarabağda baş vermiş müzakirələrdən bəzilərinin detalları bizə məlum idi. Məlumata görə, artıq iki aydır ki, Ermənistan hakimiyyəti qondarma qurumun maliyyə dəstəyi ilə bağlı müraciətlərini rədd edir. İrəvandan qondarma quruma birmənalı olaraq Balasanyanın “təhlükəsizlik şurasının katibi” olduğu müddətdə pul göndərilməyəcəyi bildirilib.

“Qarabağdakı nümayəndələr tərəfimizdən nəşr olunmuş məlumatları təkzib edirlər. Onlar elə bir təəssürat yaratmağa çalışırlar ki, Balasanyanın vəzifəsindən azad olunmasına Ermənistan hakimiyyəti tərəfindən deyil, Qarabağ (qondarma qurum-red.) tərəfindən qərar verilib. Bu kampaniyalara baxmayaraq, Balasanyanın dünən və axşam etdiyi bəyanatlarında onun vəzifəsindən istefa verəcəyi nəzərə çarpmırdı. O, “Faktor” xəbər agentliyi ilə müsahibəsi zamanı bildirib ki, istefa verməyə hazırlaşmır.

Bu iddialara baxmayaraq, Balasanyan vəzifəsindən azad olunması ilə bağlı ərizə yazır. Bu ərizə təzyiqləri xatırladır. Qarabağdakı mənbələrimizin verdiyi məlumata görə, Qarabağın (qondarma qurum-red.) bütün elitası üç gün Balasanyanla danışıqlar aparıb və ondan istefa verməsini istəyib. Əks halda isə Ermənistan hakimiyyəti problem yaradacağına vəd verib. Bundan sonra Balasanyan kütləvi informasiya vasitələri ilə söhbəti zamanı istefa verdiyini açıqlayıb”, - deyə erməni KİV-ləri qeyd edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ  

Balasanyanı istefa verməyə məcbur ediblər - Paşinyan ultimatum təqdim edib

2019/06/7b610-1560238627.jpg
Oxunub: 560     15:31     14 İyun 2019    