ABŞ-dan Ermənistana "humanitar yardım" paketləri - Son ünvan haradır? (ARAŞDIRMA)

2019/03/orig--1553847096.jpg
Oxunub: 1386     16:27     21 İyun 2019    
ABŞ Sovet İttifaqının dağılmasından qısa bir müddət sonra Ermənistanla diplomatik əlaqələr qurdu. ABŞ 1991-ci il dekabrın 25-də Ermənistanın müstəqilliyini tanıdı və 1992-ci ilin fevralında Ermənistanda səfirliyini açdı. Hazırda dünyada ən böyük əməkdaşa sahib ABŞ səfirliyi də məhz 2 milyonluq Ermənistandadır. ABŞ-dakı erməni lobbisi həm 1991-ci ildə Ermənistanın müstəqillik qazanmasından əvvəl, həm də müstəqillik illərində ölkəsinin maraqlarını yüksək səviyyədə təmsil edib və etməkdədir. Bu istiqamətdə onlar yalnız yəhudi lobbisindən geri qalırlar. Ermənistana göstərilən ABŞ hökumətinin yardımlarının həcmində lobbinin rolu böyükdür.

Araşdırmalarımıza görə, bu yardımların göstərilməsinə Spitakda baş verən zəlzələ təkan verib. Sonrakı illərdə ABŞ hökuməti Azərbaycan və Gürcüstanla daha çox əməkdaşlıq eməsinə baxmayaraq, Rusiyanın birbaşa təsir dairəsində olan Ermənistana, həm də onalrın işğalı altında olan Qarbağa yüz milyonlarla dollar məbləğində birbaşa maddi yardım göstərib. Bu yardımlar bu gün də davam edir. Maraqlıdır ki, ABŞ hökumətinin Qarabağdakı qondarma qurumdan başqa digər seperatçı rejimlərə yardım faktına rast gəlinmir. Bu isə ABŞ-ın Ermənistanı əldə etmək iddialarından geri çəkilməyəcəyi və Rusiya ilə rəqabət aparacağı anlamına gəlir. Hər zamankı kimi yenə də ermənilərin özlərini daha baha satmağı bacardıqlarını etiraf etmək vacibdir.

Birləşmiş Ştatlar rəsmilərinin bəyanatlarında isə Ermənistanla münasibətlərin qarşılıqlı hörmət və ümumi maraqlara əsaslanandığı vurğulanır. ABŞ Ermənistanda öz siyasətini demokratik insitutların və iqtisadi qurumların daha da inkişaf etdirilməsinə, insan hüquqlarına hörmət və hüququn üstünlüyünün təmin edilməsinə yönəltdiyini bildirir. ABŞ 27 ildir ki, infrastrukturun, səhiyyənin və sosial xidmətlərin inkişafı adı altında Ermənistan iqtisadiyyatına davamlı olaraq investisiya yatırır, saysız-hesabsız saziş və müqavilələr imzalanır. Lakin nə müqavilələr, nə yatırılan sərmayələr, nə də göstərilən əvəzsiz yardımlar Ermənistanda yoxsulluq səviyyəsinin və miqrasiyanın ciddi azaldılmasına, iqtisadiyyatın inkişafına və investisiya axınının artmasına səbəb olmur.

Birləşmiş Ştatlar Ermənistanın Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması, həmçinin regional sabitliyin təmin olunması istiqamətində səylərini rəsmi Bakının maraqlarına cavab verməyəcək şəkildə dəstəkləyir. 90-cı illərdə ABŞ-da Ermənistanı dəstəkləmək üçün bir sıra qərarların qəbulu, o cümlədən İrəvana əhəmiyyətli vəsaitlərin ayrılması ilə bağlı bir sıra qərarlar qəbul olunmasını təmin edən erməni lobbisi, Vaşinqtonun Qafqaz siyasətinə də böyük təsir göstərir. Bu əlaqələrin konturlarını müəyyən etmək üçün bəzi rəqəmlərə müraciət edək.

1991-ci ildən prezident, baş nazir və nazir səviyyəsində Ermənistan rəsmiləri 39 dəfə ABŞ-da rəsmi səfərdə olub, 33 dəfə isə ABŞ-dan olan dövlət katibləri və onların köməkçiləri, nazirlər və senatorlar İrəvanı ziyarət ediblər. Bu görüşlərin mütləq əksəriyyəti ABŞ-dan maliyyə vəsaiti əldə etmək məqsədi daşıyıb.

Ermənistan Maliyyə Nazirliyinin hesablamalarına əsasən, işğalçı ölkə 2019-ci ildə 490 milyon dollar məbləğində yeni kredit alacaq və 740 milyon dollar geri qaytaracaq. Yəni borc yükü 250 milyon dollar artacaq.

ABŞ-ın Ermənistana maliyyə yardımları

Ermənistan müstəqilliyini əldə etdikdən sonra, ABŞ daim bu ölkəyə “cəmiyyətin demokratikləşməsi” və s. kimi proqramlarının həyata keçirilməsi bəhanəsi ilə ciddi maliyyə yardımı göstərir. Tək 2000-ci ildə ABŞ-ın Ermənistana maliyyə yardımı 102,4 milyon dollar təşkil edib.

2004-cü ilin aprel ayında tərəflər arasında hərbi-texniki əməkdaşlıq haqqında da müqavilə imzalanlb. 2005-ci ildə Ermənistanın Vaşinqtondan əldə etdiyi hərbi yardım 5 milyon dollar təşkil etdi. Həmin ildə ABŞ Ermənistan Silahlı Qüvvələrinin rabitə sistemini modernləşdirmək üçün əlavə 7 milyon dollar ayırdı. Bu yardımlar sonrakı illərdə də davam etdirildi. Erməni-Amerika strateji dialoq komissiyasının 2019-cu ilin mayın 8-də İrəvanda baş tutan görüşündə İrəvanla USAİD arasında iki sənəd imzalanıb. ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın və ABŞ hökumətlərinin 2013-cü ildə imzalanan erməni özəl sektoruna və demokratiyanın inkişafına yardım müqaviləsinin müddətinin uzadılması və ABŞ yardım paketinin 8,5 milyon dollara qədər artırılmasını nəzərdə tutan sənədlər imzalanıb.

2013-cü ildən bu günə qədər bu müqavilə çərçivəsində USAİD tərəfindən Ermənistanda demokratiyanın inkişafına 35,1 milyon ABŞ dolları məbləğində yardım göstərilib.

Bundan əlavə, iqtisadi inkişaf və investisiyalar naziri Tiqran Xaçatryanla imzalanan müqaviləyə görə, ABŞ-la 2013-cü ildə imzalanan müqavilənin ümumi həcmi və müddəti uzadılıb, həmçinin yardımın 7,5 milyon dollar artırılmasına nail olunub. Nəticədə toplam yardım 80,7 milyon dollar təşkil edib.

2018-ci ildəki “məxməri inqilab”dan sonra ABŞ-da erməni hakimiyyət orqanları və erməni lobbisinə bağlı təşkilatlar yenidən maliyyə yardımı məsələsini qaldırıblar. Burada məqsəd 2009-cu ilin iyunun 11-də ABŞ-ın dövlət katibi Hillari Klintonun sədrliyi ilə “Millennium Challenge” (Minilliyin Çağırışları) Korporasiyasının Direktorlar Şurasının iclasında dondurulan Ermənistana maliyyə yardımının bərpasına nail olmaq idi.

Korporasiyanın Direktorlar Şurası bu qərarını Ermənistan hökumətinin hərəkətlərinin demokratik idarəetmənin inkişafı prinsiplərinə uyğun gəlməməsi ilə izah edirdi. Bunun əsl səbəbi isə 2008-ci il Ermənistan prezident seçkisinin nəticələrinə etiraz edən mülki insanların gülləbaran edilməsi idi. Dövlət Departamentinin “Millennium Challenge Corporation” korporasiyasının proqramı vasitəsilə Ermənistana 235,65 milyon dollar yardımın verilməsi nəzərdə tutulsa da, İrəvanın 177 milyon dollar əldə etməsindən sonra proqramın fəaliyyəti yuxarıda qeyd edilən səbəblərdən dolayı dayandırıldı.

Lakin sonradan Ermənistanın yeni hakimiyyətinə bəzi proqramların reallaşdırılması üçün birbaşa ABŞ büdcəsindən vəsait ayrıldığı məlum oldu. ABŞ-ın ayırdığı yardımlar, Tramp kimi yalnız öz vətəndaşını və ölkəsini önə çəkərək bütün xarici yardımları dayandıran bir şəxsdən bu qədər yardımın alınması, həm də Ermənistanın kiçik miqyasını nəzərə alsaq, heç də aşağı məbləğ hesab oluna bilməz.

ABŞ-ın yeni hakimiyyətdən gözləntiləri əslində özünü doğrultmur. Ermənistandakı proseslərin Gürcüstanla eynilik təşkil edəcəyi barədə proqnozlar iflasa uğradı. Onlar inqilabdan sonra Ermənistan rəhbərliyinin vəd etdiyi istiqamətdə siyasi kurs götürəcəyini ehtimal etsələr də, yanıldılar və bu baş vermədi.

Paşinyan isə qısa müddətdə İran və Rusiya olmadan mövcud ola bilməyəcəyini, lakin Qərbdən də imtina etməsinin mümkünsüzlyünü, yəni Ermənistanın tam Rusiya ümidinə qalmasının da doğru olmayacağını anladı.

İqtisadi əlaqələr

ABŞ və Ermənistan arasında imzalanan iqtisadi məsələlər üzrə strateji razılaşma (U.S.- Armenia Joint Economic Task Force (USATF)) bu günə qədər qüvvədə olsa da, Vaşinqton-İrəvan iqtisadi əlaqələr zəifdir və ölkə bu siyahıda 170-ci yerdə qərarlaşır. Bu forum enerji, ticarət və investisiya sahəsində qarşılıqlı əməkdaşlıq sahələrini müzakirə etmək üçün hər il bir dəfə görüş keçirir. ABŞ və Ermənistanın iki ölkə arasında bir sıra ticarət və investisiya sazişləri mövcuddur: ticarət əlaqələri və investisiya təşviqi müqaviləsi, ikitərəfli investisiya sazişi və s. Ermənistanın xarici investisiyalar haqqında qanunu ABŞ da daxil olmaqla, bütün ölkələrdən daxil olan birbaşa investisiyaları tənzimləyir. İki ölkə enerji ehtiyatları üzrə anlaşma memorandumu imzalayıblar. Bu sənəd ölkələrin potensial enerji ehtiyatlarının, o cümlədən şist qazının qiymətləndirilməsinə dair ABŞ və Ermənistan arasında əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Lakin Ermənistanın sahib olmadığı bir məhsulun dəyərləndirilməsində dövlət səviyyəsində iştirakının ABŞ üçün hansı önəm daşıdığı olduqca maraqlıdır.

Ermənistana yatırılan ABŞ investisiyaları əsasən informasiya texnologiyaları, otel, xalçaçılıq, mebel istehsalı, tikinti, zərgərlik və toxuculuq sənayesi sahəsində cəmlənib.

Ermənistandan ABŞ-a 2011-ci ildə 101 milyon dollarlıq məhsul ixrac, əks istiqamətdə isə 150 milyon dollarlıq məhsul idxal edilirdi. 2018-ci ildə isə ixrac 2 dəfədən çox azalaraq 48 milyon dollara qədər düşüb, idxal isə əksinə olaraq 30 faiz artaraq 190 milyona çatıb. Bununla da idxal və ixrac arasındakı 50 faizdən də az olan fərq, hazırda 400 faizə çatıb.

Ermənistanın az həcmli ixracının əsasını spirt və spirtli içkilər, xalçalar, brilliant və digər qiymətli daşlar, metallar, alüminium təşkil edir.

İdxal olunan məhsulların əsasını isə avtomobil (yük, minik və sərnişin), mobil telefonlar və digər rabitə avadanlıqları, kompüterlər, geyim və s. təşkil edir.

Paşinyan hakimiyyətə gəldikdən sonra Birləşmiş Ştatlar davamlı olaraq Ermənistana maliyyə yardımının həcmini artırmaq niyyətində olduğunu bəyan edir. ABŞ-ın Ermənistandakı səfiri Richard Mills 2019-cu ildə Dövlət Departamentinin Ermənistana təxminən 26 milyon dollar ayıracağını bildirib. Bu isə keçən ilkindən təxminən 20 milyon dollar daha çoxdur. Ermənistan bunadan əlavə 14 milyon dolları artıq əldə edib. Vəsaitlərin bir hissəsi vətəndaş cəmiyyətinin və müstəqil KİV-in inkişafını stimullaşdıran proqramların həyata keçirilməsinə yönəldiləcək. Digər hissəsi isə erməni və Amerika şirkətləri arasında ticarət və biznes əlaqələrinin genişləndirilməsinə, o cümlədən Ermənistanın informasiya texnologiyalarına və enerji islahatlarının həyata keçirilməsinə yönəldiləcək.

Bu yardım proqramlarının ölkənin keçid dövründə yeni siyasi rəhəbərliyə çoxpartiyalı sistemin qurulması, azad və ədalətli seçkilərin keçirilməsini təşviq etmək üçün nəzərdə tutulduğu iddia edilir.

Ötən gün yayılan məlumatlara görə, ABŞ Konqresinin Nümayəndələr palatası artıq Ermənistana əlavə 40 milyon dollar yardım göstərilməsi təşəbbüsünü təsdiq edib. Daha bir məlumatda isə Azərbaycanın işğal altında olan ərazilərində minadan təmizləmə layihəsi və bərpa xidmətləri üçün 1,5 milyon dollar yardım ayrıldığı göstərilir.

Əlaqələrdə lobbi izi

Eyni zamanda, nə əvvəlki, nə də indiki erməni diplomatiyası Qərbin (ABŞ, NATO və Aİ) Cənubi Qafqazdakı regional gündəmdəki rolunu və bu ölkələrdə olan erməni diasporu faktorunu nəzərə almaya bilməz. ABŞ bu mərhələdə aparıcı dünya gücü olaraq qalır və son zamanlarda Yaxın Şərq və Cənubi Qafqaza fəal maraq göstərir. Əslində ABŞ-Gürcüstan regional birliyi artıq formalaşıb, NATO-ya üzvlük məsələsinin həlli də qapıdadır. NATO bazaları qısmən münasibətlərin korlanmasına baxmayaraq hələ də Türkiyədədir.

ABŞ Qarabağ məsələsini həll etmək üçün ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. 2016-cı il Vyanada imzalanan müqavilələrdən sonra ABŞ erməni lobbisinin təzyiqi ilə tərəflərə texniki monitorinq sistemlərini yerləşdirmək və Qarabağ münaqişəsi zonasında cəbhə xəttindən snayperləri geri çəkmək üçün təsir göstərdi, ermənilər isə bu faktı qondarma qurumun qanunsuz zoralğının qeyri-rəsmi olaraq tanınması kimi qəbul etdilər.

Xatırladım ki, KİV-lərdə monitorinq üçün vacib olan texniki müşahidə vasitələrinin quraşdırılması üçün çəkilən xərclərin erməni diasporu tərəfindən qarşılandığı barədə məlumatlar yayıldı. Son zamanlarda Rusiyadan alınan 4 ədəd Su-30SM qırıcısının iki ədədinin dəyəri də erməni lobbisi tərəfindən maliyyələşdirilib. Təsadüfi deyil ki, ABŞ-da erməni lobbisinin ən effektiv etnik lobbilərdən biri kimi qəbul edildiyini məşhur politoloq Zbiqnev Bzejinski də etiraf edib.

ABŞ yardımlarının məqsədi

Unudulmamalıdır ki, Zaqafqaziya regionunda ABŞ-ın geosiyasi maraqları getdikcə artır. Son illərdə Ermənistan Kremlin həm Bakı, həm də Ankara ilə hərbi-texniki və iqtisadi sahədə əməkdaşlığından narahatdır.

Belə bir vəziyyətdə ABŞ, maliyyə qaynaqları təmin edilməyən vədlərlə yüklənən İrəvana yardım etməklə onu öz ağuşuna çəkməyə çalışır. Yəqin ki, ABŞ-ın özündə də İrəvanın yaxın gələcəkdə Moskvadan tam qırılmasını gözləmirlər, lakin Ermənistanın Aİ, ABŞ və NATO ilə əlaqələrini daha da genişləndirəcəyi, dolayısı ilə onların maliyyə imkanlarından yararlanması gözləniləndir ki, bu da Paşinyanın verdiyi vədlərin yerinə yetirilməsinə qismən yardım edə bilər.

Ermənistan İsraildən sonra ABŞ-dan adambaşına ən çox maliyyə yardımı alan ikinci ölkədir. Ərazisində Rusiya hərbi kontingentinin olmasına rəğmən Vaşinqtondan birbaşa yardım alan yeganə ölkə kimi tarixə düşüb. Ermənistanın hər iki əks qütblü dünya nəhənginin maliyyə və texniki dəstəyini əldə etməsi, bu məsələlərdən az-çox məlumatı olan hər kəs kimi bizi də təəccübləndirir.

ABŞ-Ermənistan hərbi əlaqələri

Son zamanlarda iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi tendensiyası yaşanır. Hələ bir neçə il əvvəl ABŞ-ın Kanzas əyalətinin milli qvardiya komandanlığının rəhbəri general-mayor Li Tafanelli Ermənistan-Kanzas əməkdaşlığı çərçivəsində Ermənistanı ziyarət etmişdi. Tafanelli Ermənistanın o vaxtkı Müdafiə naziri Seyran Ohanyan və Baş qərargah rəisi Yuri Xaçaturov ilə də görüşərək minadan təmizləmə, hərbi səhiyyə sahəsində beş illik əməkdaşlıq perspektivlərini müzakirə etmişdi. Tafanellinin ziyarətindən sonra ABŞ Hərbi dəniz donanması komandanının müavini Reem Meybus Ermənistanı ziyarət edərək Müdafiə naziri Seyran Ohanyan ilə görüşdü. Təhlükəsizlik və hərbi sənaye baxımından təmamilə Rusiyanın nəzarətində olan Ermənistana ABŞ hərbiçilərinin ziyarəti əlbəttə ki, təsadüfi hesab edilə bilməz.

Hazırda ABŞ etdiyi çoxmilyonluq yardımlarla Ermənistanın yeni hakimiyyətini Rusiyanın orbitindən uzaqlaşdırmağa və özünə daha da yaxınlaşdırmağa cəhd edir. Vaşinqton iqtisadi, siyasi və maliyyə sahələrindəki əməkdaşlığı hərbi və müdafiə sənayesi çərçivəsində də həyata keçirməyə çalışır, lakin ABŞ-ın buna nə qədər nail olacağı yaxın 1-2 ildə məlum olacaq. ABŞ-ın bu siyasəti ilə bağlı Rusiya mətbuatında müxtəlif tənqidi fikirlərin ifadə edilməsinə baxmayaraq, məsələyə Rusiya rəsmiləri tərəfindən hələlik ciddi münasibət bildirilmir. Lakin Rusiya rəhbrliyi artıq İrəvan adlı “gəmi”nin ABŞ sahilinə üzməyə başladığını hiss edirmiş kimi davranır. Təxminən bir ay əvvəl D. Medvedevin İrəvan səfərindəki hərəkətlərində, hardasa Ermənistana öz yeri və rolunun xatırladılması jestləri hiss edilirdi.

2017-ci ildə ABŞ vəsaiti hesabına “Zar” təlim mərkəzinin əsaslı təmir bərpa işlərindən sonra mərkəzin işğalçı ordu əsgərlərinin istifadəsinə verilməsi, Vaşinqtonun iddia etdiyi dəyərləri ilə real hərəkətlərinin ziddiyət təşkil etdiyi təsdiqləndi.

2019-cu ilin mart ayının sonunda Ermənistanın Müdafiə naziri David Tonoyanın ABŞ-ın Kanzas ştatının qubernatoru Laura Kelli ilə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə etməsi də maraqlı məqamlardan biridir.

ABŞ-ın maraqlarına zidd olaraq Ermənistanın Suriyaya hərbi kontingent göndərməsi də ilkin mərhələdə narazılığa səbəb olsa da, diasporun təzyiqi ilə bu “səhifə” də ABŞ hakimiyyəti tərəfindən birdəfəlik bağlandı. ABŞ-ın öz ərazisində, öz vəsait və imkanları hesabına hazırladığı istehkamçıların nə zamansa özünə qarşı istifadə ediləcəyi bu layihənin müəlliflərini ciddi zərbə altına qoydu. Hazırlığın məhz Kanzas ştatının milli qvardiya komandanı, general-mayor Li Tafanellinin başçılığı altında bu ştatın ərazisində keçirildiyi ehtimal edilir. Ümumiyyətlə ABŞ-ın Kanzas ştatının işğalçı ölkəyə göstərdiyi xüsusi dəstək və xoş münasibət digərlərindən seçilir.

Eyni hərəkətləri, hətta artığını belə Rusiya da təkrar edir, lakin yeganə fərq Kremlin bunu İrəvanla müttəfiq olduğu üçün həyata keçirdiyini açıqlamasından ibarətdir. Özünün kifayət qədər ciddi maliyyə problemləri olan Kreml də Ermənistana milyardlarla yardım edib və onun özündən silah əldə edilməsi üçün kredit ayırıb. Onların faiz ilə qaytarılması mümkün olmadığına görə İrəvanın əsas iri şirkətləri Moskvanın idarəetməsinə verilib. Maraqlıdır ki, hər iki nəhəngin göstərdiyi yardımlar, bu və ya digər şəkildə Ermənistanın Azərbaycan ərazilərini işğalda saxlamasına yönəlib.

ABŞ isə heç bir birbaşa açıqlama vermədən, çox vaxt da bu tip suallardan yayınmaqla, eyni statuslu işğalçılara qarşı fərqli standartlar tətbiq edir. Abxaziya, Osetiya, Krım və Donbasa görə Rusiyaya sanksiya tətbiq edən ABŞ, Dağlıq Qarabağa gəldikdə nəinki Ermənistana, hətta qondarma quruma da birbaşa yardım göstərir, Kremlin isə yerli-dibli adını çəkmir.

Digər tərəfdən ABŞ, İran ilə iqtisadi әmәkdaşlıq edən dövlətlərə təzyiq göstərir, məsələn Türkiyəni Tehrandan qaz idxalını dayandırmağa məcbur edə bilir, lakin Tehranla müxtəlif texnologiyalar, infrastuktur, enerji və s. sahələrdə əməkdaşlıq edən, İrana nüvə silahı komponentlərini ötürən Ermənistana nəinki təzyiq göstərmir, əksinə onunla bir çox sahələrdə əməkdaşlıq etdiyini aşkar şəkildə nümayiş etdirir. Ermənistana müstəqillik əldə etdikdən indiyə qədər ABŞ hökuməti tərəfindən rəsmi səviyyədə göstərilən texniki və humanitar yardımın miqdarı 2 milyard dollardan artıqdır. ABŞ erməni inqilabının ilk 6 ayı ərzində Ermənistana 14 milyon dollar vəsaiti əvəzsiz yardım olaraq edib. Davam edən yardımlar işğalçının öz çirkin siyasətini davam etdirməyə və daha da cəsarətli addımlar atmasına şərait yaradır.

Ermənistana göstərilən yardımların əsl məqsədi

11 sentyabr hadisəsindən sonra ABŞ Müdafiə Nazirliyi beynəlxalq terrorizmə qarşı mübarizə koalisiyasında yer alan Cənubi Qafqaz dövlətləri haqqında məlumat verərkən Azərbaycan ilə əməkdaşlığına dair müsbət rəy versə də, Ermənistan və Gürcüstan ilə müqayisədə Azərbaycana iqtisadi və maliyyə yardımlarını az etdi. Gürcüstanın ABŞ tərəfdaşı olduğu üçün bu addım anlaşılandır, lakin Azərbaycanın ən strateji bazalarını belə ABŞ təyyarələri üçün açıq elan etməsinə baxmayaraq, ən irihəcmli yardımlar Ermənistana edilir.

Әlbәttә, Azərbaycanın iqtisadi potensialı ilə Ermənistan və Gürcüstanın potensialını müqayisə etmək doğru olmazdı. Azərbaycan bütün iqtisadi göstəricilərə görə, hər iki dövlətdən daha üstündür. Lakin burada əsas məsələ Ermənistanın militarist siyasət həyata keçirərək Cənubi Qafqazın təhlükəsizliyini ciddi şəkildə təhdid etməsidir. ABŞ bölgә və qlobal təhlükəsizliyi təhdid edən, beynəlxalq terrorizmə dəstək verən, nüvə silahı əldə etmək istəyən dövlətlərə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edir. Əlbəttə bu təqdirəlayiq haldır, lakin bu zaman beynəlxalq hüquq və ədalət prinsiplərinə əməl etmək vacibdir.

Təəssüflər olsun ki, ABŞ bu məsələyə qlobal təhlükəsizliyi qorumaq prizmasından deyil, öz mənafelərini qorumaq prizmasından yanaşır. İşğalçı Ermənistanın hər il iqtisadi yardımlarla mükafatlandırılmasının hansı məqsədlərə xidmət etdiyi artıq hamıya məlumdur. Burada ABŞ İran və Türkiyə ilə bərabər, KTMT sərhəddində yerləşən Ermənistanı Rusiya təsirindən çıxarmaqla öz təsiri altına salmağa, Rusiya isə qafqazlardakı son hərbi bazasına, həm də İran və Türkiyə ərazisinə nəzarətini qorumağa çalışır. Hazırki vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi nə Rusiyanın, nə də ABŞ-ın maraqlarına cavab vemir.

Ermənilərin ABŞ-a qarşı fəaliyyətləri

Levon Ter Petrosyanın prezidentliyi illərində Ermənistan sabiq Tәhlükәsizlik naziri David Şahnazaryan 2002-ci ildə sensasiyalı məlumat yayaraq, Əfqanıstandan olan terrorçuların Ermənistan pasportu ilə ABŞ-a getdiklərini bildirirdi. Nəticədə ABŞ-ın Ədliyyə Nazirliyi beynəlxalq terrorizmə dəstək verən dövlətlərə qarşı tətbiq etdiyi viza rejimini Ermənistan vətəndaşlarına da tətbiq etdi. Nəticədə diaspor tәşkilatları Ədliyyə Nazirliyinin bu qərarını dəyişdirmək üçün minlərlə faks göndərərək öz etirazlarını bildirirdilər.

ABŞ-da terror və silah qaçaqmalçılığı ittihamı ilə həbs olunan Erməni Milli Komitəsinin şədri Murad Topalyanın erməniləri dəstəkləyən senatorlarla və diaspor təşkilatları ilə görüşündən sonra 2002-ci ilin dekabrın 18-də ABŞ Ədliyyə nazirliyi Ermənistana tətbiq edilən xüsusi viza rejimini ləğv etdi.

Faktiki olaraq, bir terrorçunun ABŞ siyasətinə bu qədər müdaxilə edəcək bir potensiala malik olması həqiqətən də inanılmazdır.

2005-ci ildə ABŞ hüquq-mühafizə orqanları Artur Solomonyan və digərlərini rus silahlarını Amerikaya qaçaqmalçılıq yolu ilə gətirdiklərinə görə həbs etdi. Bu silahlar arasında Rusiyada hazırlanan “Stinger” raketləri, qumbaratanlar, AK-47 tüfəngləri və minalar yer alırdı. FTB tərəfindən bildirilən ittihamlara görə, Solomonyan Ermənistandan 200 ədəd qumbaraatanı satmaqda günahlandırılırdı. Onların bu ehtiyatı, Çeçenistandandakı rus hərbçilərindən əldə edərək formalaşdırdığı bildirilirdi.

Ermənistanda silah alverində tanınan simalardan biri də həm ölkəyə gətirdiyi silahları çox yüksək qiymətə satan, həm də bir çox silah ixracatçılarının dileri kimi fəaliyyət göstərən Jirayr Sefilyandır. Qondarma qurumun “nümayəndəsi” Samvel Babayanın da Gürcüstan ərazisindən İrana, oradan isə digər ölkələrə qanunsuz silah tədarükü ilə məşğul olduğu barədə məlumatlar mövcuddur.

ABŞ-ın işğalçıya reaksiyası

Ermənilərin ABŞ-da qanunsuz fəaliyyətlərini sadalamaq çox zaman ala bilər, lakin bütün bunlara rəğmən ABŞ hələ də Ermənistan ilə münasibətlərini genişləndirməyə, Ermənistan ordusunun işğalı altında olan bölgədə terrorçuluğun, silah və narkotik qaçaqmalçılığının çiçəklənməsinə göz yummaqda davam edir.

ABŞ kapitalına malik 800-ə qədər şirkətin Ermənistanda fəaliyyət göstərməsi və onlardan bəzilərinin işğal altında olan Dağlıq Qarabağ ərazisində iştirakının araşdırılması vacib məsələlərdəndir.

Nəticə

“Postsovet məkanında heç bir ölkə Vaşinqtondan Ermənistan qədər çox dəstək almayıb”.

Bu sözlər ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Bridget Brinkə məxsusdur. Vaşinqton postsovet məkanında adambaşına düşən ən böyük miqdarda - 2 milyard dollar dəyərində yardımı fərqli humanitar və texniki yardım proqramları vasitəsilə Ermənistana ötürüb. Bu məlumatları Ermənistanın sabiq prezidenti Serj Sarkisyan da hakimiyyətinin son ilində təsdiqləmişdi.

Amerika Birləşmiş Ştatları bu məbləğlə postsovet məkanında müttəfiq əldə edəcəyinə, Rusiya təsirinin zəiflədəcəyinə inansa da, Ermənistan hər qərar qəbul etdikdə daim Moskvanın yanında yer aldı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Ermənistan   Maliyyə-yardımı  

ABŞ-dan Ermənistana "humanitar yardım" paketləri - Son ünvan haradır? (ARAŞDIRMA)

2019/03/orig--1553847096.jpg
Oxunub: 1387     16:27     21 İyun 2019    