Ermənistan Müdafiə Nazirliyində 557 milyonluq korrupsiya FAKTI

2019/05/timth-1558524705.jpg
Oxunub: 1060     15:30     22 May 2019    
Ermənistanda Hərbi Prokurorluq Müdafiə Nazirliyi tərəfindən 557.6 milyon dram dəyərində qeyri-məqsədyönlü şəkildə maddi vəsaitlərin əldə edilməsi faktını aşkar edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər veri ki, Ermənistan Hərbi Prokurorluğunun dövlət maraqlarının müdafiəsi şöbəsində öncəki illər ərzində Müdafiə Nazirliyinin ehtiyacları üçün əldə edilən maddi vəsaitlərin alınmasının, o cümlədən əldə edilən maddi vəsaitlərin zəruriliyi və tətbiqi baxımından qanuna uyğun olub-olmaması araşdırılır.

Araşdırmalar nəticəsində məlum olub ki, müvafiq vəzifəli şəxslərin raportları əsasında 2010-cu il oktyabrın 16-da bağlanmış iki müqaviləyə əsasən ümumi dəyəri 557.587.600 dram olan hərbi tibbi təyinatlı maddi vəsait əldə olunub.

Adı çəkilən qurum tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilib və sübut olunub ki, qeyd edilən əmlakın ilk öncə dəyəri bahadır, hərbi tibbi təyinatı yoxdur və buna görə də, Ermənistan silahlı qüvvələrində tətbiq edilə bilməz, o cümlədən bunun tətbiqi və istismarı böyük insan və texniki resurs tələb edir, həmçinin Ermənistan iqlimi üçün nəzərdə tutulmayıb.

Bu maddi vəsaitin heç zaman öz məqsədinə xidmət etmədiyi, 8 il sonra isə bu maddi vəsaitin yenidən dəyərləndirilməsi və demontaj edilməsinə qərar verilib. Bunun nəticəsində istismar müddəti ilə bağlı ilkin dəyərindən 103.075.700 dram aşağı qiymətləndirilib. Ümumi əmlakın tərkibinə aid olan müəyyən hissələr isə Ermənistan ordusunun müxtəlif bölmələrinə paylanıb.

Bununla da Ermənistan dövlətinə 557.587.600 dram dəyərində ziyan dəydiyi müəyyən edilib. Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətləri həddini aşma və digər səhlənkarlıq hallarına görə, yol verdikləri cinayətlərin məsuliyyət dərəcəsinin müəyyən edilməsi üçün toplanmış materiallar Ermənistan İstintaq Komitəsinə göndərilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Korrupsiya  

Ermənistan Müdafiə Nazirliyində 557 milyonluq korrupsiya FAKTI

2019/05/timth-1558524705.jpg
Oxunub: 1061     15:30     22 May 2019    