“Hraparak”: Müdafiə Nazirliyinin girişləri bağlanılsın!

2019/05/Zohra-1558504853.jpg
Oxunub: 605     14:57     22 May 2019    
“Ermənistanda diplomatiya nöqsanları olduğu halda Xarici İşlər Nazirliyinin, cəbhədə xoşagəlməz hadisə baş verdikdə isə Müdafiə Nazirliyinin girişləri bağlanılsın”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edir ki, bu üsul gələcəkdə Ermənistanda hakimiyyətə qarşı geniş tətbiq edilə bilər.

“Doğrudanda sual yaranır, Robert Köçəryanın həbs qətimkan tədbirinin dəyişdirilməsi haqqında məhkəmənin qərarından sonra inqilab dövründə sınaqdan keçmiş üsullardan istifadə edilməsi nə dərəcədə səmərəlidir?! Bu bir tərəfdən Ermənistan hakimiyyəti üçün bənzər əlamətlər zamanı mürəkkəb məsələlərin həllinə ilkin şərt yaradır. Bu üsul gələcəkdə hakimiyyətə qarşı da geniş tətbiq edilə bilər. Bu, həmçinin illərdir məhkəmə hüquq sistemində yığılaraq qalmış problemlərin səmərəli və peşəkar yolla həllini ikinci plana keçirir.

İndi bu nə deməkdir, məgər aksiyalar hesabına erməni hakimlər ağıllarını başlarına toplayacaq və növbəti dəfə Köçəryanı azad etməyəcək. Yoxsa növbəti dəfə ictimai qalmaqala səbəb olan məsələlərdə qeyri-qənaətbəxş qərar qəbul etməyəcəklər? Əlbəttə bütün bunlar şübhəlidir. Xüsusilə də məcburi üsulların tətbiq edilməsi həddindən artıq qəbulolunmazdır. Bütün bunlardan irəli gələrək, bu cür davranış digər müəsissə və idarələrə qarşı da təcrid etmə üsulundan istifadə edilməsinə təşviq edir. Demək belə çıxır ki, vaxtaşırı məsələn, şəhər icra hakimiyyətlərinin, kənd icra nümayəndələrinin və ya bəzi nazirliklərin qapılarında maneələr yaradılmalıdır. Lakin hökumət və ya Baş nazirə yaxın olanların himayəsində fəaliyyət göstərən müəsissələrdə tez-tez baş verən nöqsanlar olsa da, bu cür maneələrin yaradılması gözlənilmir.

Nəhayət, inqilab üsulları və məsələlərinə daha ciddi yanaşılması və yenidən baxılması vacibdir. Əks halda, diplomatik nöqsanlar olduğu halda məsələn, Ermənistan Xarici İşlər Nazirliyinin qapılarına, cəbhədə xoşagəlməz hadisələr baş verdikdə isə Ermənistan Müdafiə Nazirliyinin girişlərinə maneə yaradılması gözlənilir”, - deyə nəşrdə vurğulanır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Müdafiə-Nazirliyi   Etiraz   Paşinyan  

“Hraparak”: Müdafiə Nazirliyinin girişləri bağlanılsın!

2019/05/Zohra-1558504853.jpg
Oxunub: 606     14:57     22 May 2019    