Paris Tehrana nüvə proqramı üzrə xəbərdarlıq etdi

2019/05/_553c-1557389902.jpg
Oxunub: 19163     13:13     09 May 2019    
"Müqavilədə iştirak edən tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə mane ola biləcək hərəkətdən çəkinmək vacibdir".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi bldirib.

O qeyd edib ki, Paris Tehranı nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının müddəalarını pozmaqdan çəkinməyə çağırıb.

"Müqavilədə iştirak edən tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə mane ola biləcək və ya gərginləşməyə gətirib çıxara biləcək hər hansı bir hərəkətdən çəkinmək vacibdir", - deyə o vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   İran   Paris   Tehran  


Bizi "telegram"da izləyin