Ordu.az xəbər verir ki, bunu 2026-cı il iyunun 22-də İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı İsmayıl Qaani bəyan edib.
Qaani bildirib ki, İsrail Cənubi Livanı tərk etməsə, 2000-ci ildə baş vermiş hadisələr yenidən təkrarlana bilər.
“Əgər Cənubi Livandan özünüz çıxmasanız, 2000-ci ilin tarixi hadisələri təkrarlanacaq. Həmin vaxt siz bu torpaqları rüsvayçı şəkildə tərk etdiniz. Əgər təcavüz və işğalı davam etdirsəniz, bu gün də alçaldılmış və məğlub vəziyyətdə qovulacaqsınız. Seçim sizindir”, - deyə o, İranın “Press TV” kanalına bildirib.
Qaani həmçinin qeyd edib ki, son dörd gündən az müddətdə İsrail Müdafiə Ordusu 100-dən çox hərbçi itirib.
Onun sözlərinə görə, Təl-Əviv atəşkəs rejimini pozmağa davam edir və Livanın mülki əhalisinə qarşı “ölümcül zərbələr” endirir.
Sevinc Əliyeva
Ordu.az