Rusiya Qara dənizdə Türkiyəyə məxsus yük gəmisinə zərbə endirib, ölənlər var

2026/06/1782114422.jpg
Oxunub: 286     11:44     22 İyun 2026    
Rusiya pilotsuz uçuş aparatı Qara dənizdə Panama bayrağı altında üzən Türkiyəyə məxsus “VICTRESS” yük gəmisinə zərbə endirib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Məlumata görə, gəminin ekipajı Misir, Türkiyə və Hindistan vətəndaşlarından ibarət doqquz nəfərdən təşkil olunub.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin açıqlamasında bildirilir ki, vəziyyətin mürəkkəb olması və yanğının yayılması təhlükəsi səbəbindən xilasetmə əməliyyatı həyata keçirilib.

“Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinə məxsus katerlərin ekipajları quru yük gəmisinin heyətinin təxliyəsini uğurla həyata keçiriblər. Təəssüf ki, ekipaj üzvləri arasında itkilər var”, - deyə məlumatda qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Türkiyə  


Bizi "telegram"da izləyin