Pistorius Trampı Hörmüz boğazı ilə bağlı böhranı qızışdırmaqda ittiham edib

2025/02/1739592886.jpg
Oxunub: 202     03:58     22 İyun 2026    
Hörmüz boğazının bir neçə ay davam edən blokadası ilə bağlı böhran məhz Amerika Prezidenti Donald Tramp tərəfindən təhrik edilib.

Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius "ARD" telekanalına müsahibəsində bildirib.

"Sonda Hörmüz boğazının dar keçidinə tıxacı itələyən biz yox, Donald Tramp oldu. İndi isə boğazın yenidən açılmasında maraqlı olan bizik", - o bildirib.

Pistorius diqqəti ona yönəldib ki, Hörmüz boğazındakı vəziyyətin nizamlanması Avropa dövlətləri üçün son dərəcə zəruridir, çünki bu, enerji tədarükünün təmin edilməsi və iqtisadiyyatın sağlamlaşdırılması üçün həlledici əhəmiyyət kəsb edir.

Xatırladaq ki, İran və ABŞ iyunun 18-ə keçən gecə 28 fevralda başlayan hərbi münaqişəyə son qoymağı hədəfləyən anlaşma memorandumu imzalayıb.

Tərəflər danışıqlar üçün İsveçrənin Bürgenstok şəhərində görüşüblər, lakin ABŞ Prezidenti Donald Trampın İrana zərbələr endirmək barədə təhdidlərinə etiraz əlaməti olaraq İran nümayəndə heyəti qısa müddət sonra məkanı tərk edib. Daha sonra "Al Hadath" telekanalı bildirib ki, tərəflər arasında müzakirələr vasitəçilər yolu ilə davam edib.

"Axios" portalı isə bütün tərəflərin danışıqların gedişatından razı qaldığına dair məlumat yayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pistorius   Tramp   Hörmüz  


Bizi "telegram"da izləyin